“Azercell” şirkəti Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitəsilərinin baş redaktorlarını bu il Türkiyədə istirahətə aparmayacaq.
Bu barədə “AzerFax”a adının çəkilməsini istəməyən baş redaktorlardan biri məluamat verib . Məlumata görə, baş redaktorların bu ilə planlaşdırılan səfəri qeyri-müəyyən səbəblərdən təxirə salınıb.
Məsələ ilə bağlı “Azercell” şirkətilə də əlaqə saxlanılıb. Lakin şirkətdən baş redaktorların səfərinin baş tutumasının səbəbi barədə hər hansı açıqlama verilməyib.
"Azercell" şirkəti belə korporativ tədbirlər son bir neçə ildir ki, həyata keçirdi.

Şərhlər