Menu

Əli Bayramov kollektivlə vidalaşdı

06.06.2014, 19:10
Əli Bayramov kollektivlə vidalaşdı

Ötən gün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov quruma gələrək kollektivlə vidalaşıb. Bu barədə Publika.az-a “Aqrolizinq” ASC-dəki mənbə məlumat verib. Məlumata görə, Ə.Bayramov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr əvəzi Elşən Məmmədov və qurumun digər üzvləri ilə görüşüb.

Görüş zamanı Ə.Bayramov deyib: “Son günlər mən və “Aqrolizinq” ASC haqqında məlumatlar yayılır. Ancaq onu bilin ki, hər şey qaydasındadır, narahatçılığa əsas yoxdur”.

Sonra Ə.Bayramov kollektivə uğurlar arzu edərək vidalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol