Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.
APA-nın məlumatına görə, Rəşid Behbudov prospektində “BMW” markalı avtomobil “Opel”ə çırpılıb.
İlkin məlumata əsasən, Rəşid Behbudov prospekti ilə hərəkət edən “Opel” Ruhulla Axundov küçəsinə dönərkən “BMW” onu arxadan vurub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hazırda Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində ilkin araşdırma aparır.


Şərhlər