Menu

Güclü külək cənub bölgəsində fəsadlara səbəb olub

09.05.2017, 19:01
Güclü külək cənub bölgəsində fəsadlara səbəb olub

Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Bölgədə güclü külək başlayıb. Bölgənin əksər kənd və qəsəbəsinin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Hazırda Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil, Yardımlı və Lerikin bir neçə kəndi işıqsız qalıb.

Bölgədə güclü külək davam edir. Güclü küləkdən sonra Lerik və Masallı ərazilərində göydən qum dənəciklərinin yağıb. Aidiyyəti qurumlardan bildirilib ki, böyük fəsadların yaranmaması üçün elektrik xətləri ayrılıb, bu səbəbdən elektrik enerjisi kəsilib. (APA)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol