Menu

Göbələk yığmağa gedib 40 dəqiqə ayıyla döyüşdü - FOTO

09.05.2017, 23:34
Göbələk yığmağa gedib 40 dəqiqə ayıyla döyüşdü - FOTO

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, göbələk yığmaq üçün meşəyə gedən Şərif Tokmak ayıyla rastlaşıb.

Yanında balaları olan nəhəng ayı Şərifə hücum edib. 35-40 dəqiqə ayıyla əlbəyaxa olan Şərif ağır yaralanaraq ayının əlindən canını zorla qurtara bilib. Şərif Tokmak başına gələnləri belə danışır:

“May aylarında göbələk çıxdığı üçün səhər tezdən durub meşəyə göbələk yığmağa getdim. Səhər saat 10:00 olardı. Birdən qarşıma bir ayı çıxdı. Ayıyla ikimiz bir-birimizə baxaraq dayandıq. Geri çəkilməyə başlayanda ayının yanına üç dənə balası yaxınlaşdı və bu zaman ayı üzərimə hücum etdi. Üzümü və qarnımı qoruyaraq təxminən ayıyla 35-40 dəqiqə əlbəyaxa oldum. Ayı yenidən üstümə hücum edəndə, əlimi ayının ağzına salıb dilini tutdum. Ayının dilini tutub bir qədər sıxdıqdan sonra buraxdım. Ayı məndən ayrılıb qaçmağa başladı. Tez evə zəng vurub avtomobillə arxamca gəlməlirini istədim. Yola çıxıb yaxınlarımın avtomobilinə minib xəstəxanaya getdim. Şükür, həyatım üçün elə bir təhlükə yoxdu. Yüngül xəsarət aldım. Ötən il ayının hücumu zamanı iki həmyerlim həyatını itirmişdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol