Türkiyə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı İbrahim Ərkalın vəfatı ilə bağlı açıqlama verib.
Kult.az xəbər verir ki, Baxçalı "toxunaqlı səsi, sadə həyatı və milli duruşuqla" könüllərdə taxt quran sənətçinin həyatdan vaxtsız getməsindən üzüldüyünü vurğulayıb.
"Vaxtsız itirdiyimiz, millətimizin ürəkli və yanıq səsli sənətçisinə Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm", - Baxçalı bildirib.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü İbrahim Ərkal bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Şərhlər