Azinform.az dünən Vasif Talıbovun 11 nəfər gömrükçünü və bir yüksək rütbəli polis işçisini işdən qovması haqda yayılan informasiya ilə bağlı daha mötəbər mənbə vasitəsilə dəqiqləşdirmə aparıb.

Naxçıvan Gömrük Komitəsində yüksək rütbədə çalışan, lakin adının çəkilməsini istəməyən şəxs Azinform.az -a bunları deyib: «Doğrudur, deyilən mövzu Naxçıvan MR rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Mən uşaqlarının qeyri-leqal yolla Türkiyəyə keçirilməsini nəzərdə tuturam. Araşdırmaların sonu olaraq, Sədərək Gömrüyündə Komitənin rəhbər işçilərinin iştirakı ilə toplantı keçirildi və rəis vəzifəsini icra edən Arzu Əliyevlə yanaşı onun iki işçisi də sərəncama göndərildi. Yəni, işdən azad olunan gömrükçülərin sayının 11 nəfər olması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Cəmi 3 görmrükçü sərəncama göndərilib. Polis polkovniki Elxan Həsənov isə yaşı ilə bağlı təqaüdə göndərilib. Onun təqaüdə göndərilməsinin gömrükdəki işlə bağlı heç bir əlaqəsi yoxdur».