Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə “Naxçıvan Xidmət” ASC verib
Naxçıvan Ali Məhkəməsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı məhkəmə iddiası üzrə proses keçirilib.Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə “Naxçıvan Xidmət” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) verib.
Belə ki, ASC Dövlət Komitəsinə qarşı 20 iyun-03 iyul 1997-ci il tarixdə Bakı şəhərində Mərkəzi Çek Auksionunda keçirilmiş çek hərracının nəticələrinin Məmmədtağı Məmmədova aid hissəsinin və ondan sonra aparılmış digər əməliyyatların etibarsız hesab edilməsi tələbi ilə iddia irəli sürüb.
Naxçıvan Ali Məhkəməsi şikayəti qismən təmin edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.

Şərhlər