Çin ABŞ-dan 100 gün «möhlət» istədi! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Şimali Koreyaya «təsir etmək» məqsədilə, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 100 gün «möhlət» istəyib.

Yaponiyanın «Asahi» qəzetinin məlumatına görə, ÇXR sədri Si Tsizinpinlə ABŞ Prezidenti Donald Trampın aprel görüşündə bu barədə söhbət gedib.

Çin, Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsas ticarət həmkarıdır, ABŞ isə öz növbəsində, Pxenyana qarşı sərt tədbirlərin görülməsinə israr edir. Qəzet yazır ki, KXDR-a qarşı tətbiq olunan (və ya olunacaq) sanksiyalar KXDR-da işləyən Çin müəssisələrinə də toxuna bilər - bu təqdirdə, onlar ABŞ-la iş görə bilməzlər.

Bu şərtin cavabında Çin, KXDR-a iqtisadi təsir göstərmək məqsədilə, ABŞ-dan 100 günlük möhlət istəyib. Qəzetin yazdığına görə, bu tədbirlərin nəticələri Çin və ABŞ liderlərinin G7 sammiti çərçivəsində planlaşdırılan görüşündə müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar