Menu

Astara sakini intihar edib

23.05.2017, 15:14
Astara sakini intihar edib

Astara rayon sakini intihar edib."Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şüvi kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Vüqar Nəriman oğlu Tahirov yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Onun yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, V.Tahirovun son zamanlar psixi durumunda problemlər olub. Bildirilib ki, ötən ilin aprel ayında cəbhədə oğlunun yaralanması xəbərini eşidən V.Tahirov sarsıntı keçirib və bundan sonra onun psixi sağlamlığında problemlər yaranıb.

V.Tahirovun cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol