Menu

“Müsəlman dövlətlərinin siyasi sabitliyə böyük ehtiyacı var” - Zakir Qaralov

06.06.2017, 11:21
“Müsəlman dövlətlərinin siyasi sabitliyə böyük ehtiyacı var” - Zakir Qaralov

“Müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var. Bu da ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”.

“Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün şərait mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol