Menu

Daha bir ölkə Qətərlə diplomatik əlaqələri kəsdi

07.06.2017, 09:52
Daha bir ölkə Qətərlə diplomatik əlaqələri kəsdi

Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb.

O, Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub. Bundan əvvəl BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Həmçinin bəzi ölkələr Qətərlə iqtisadi əlaqələri də dayandırıb. O cümlədən İordaniya da Doha ilə diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini bəyan edib.

Onlar Qətəri terrorizmi dəstəkləməkdə ittiham edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol