Menu

Müğənni qəzaya düşdü - Müəllimə faciəvi şəkildə öldü

12.06.2017, 00:05
Müğənni qəzaya düşdü - Müəllimə faciəvi şəkildə öldü

Gəncə şəhərində ağır yol qəzası baş verib.

"AzPolitika" Avtosfer.az saytına istinadla xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

Yol qəzasının qurbanı olan 58 yaşlı Səidə adlı Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi imiş. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir. Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol