Menu

Bakıda səfir qəzaya düşüb

12.06.2017, 21:10
Bakıda səfir qəzaya düşüb

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.

"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi "Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil "Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol