Menu

Ziya Məmmədov dövlət qurumuna cəza kəsdi

15.06.2014, 11:42
Ziya Məmmədov dövlət qurumuna cəza kəsdi

Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə” ASC-yə inzibati qaydada tənbeh tətbiq edib. Nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.

Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.

İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN “Bakıelektrikşəbəkə”ni maksumum məbləğdə cərimələyib.

“Bakıelektrikşəbəkə” ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol