Menu

Sabiq nazir Nicat Quliyev barəsində həbs qərarı verildi

09.08.2013, 12:38
Sabiq nazir Nicat Quliyev barəsində həbs qərarı verildi

 

Haqqın.az saytının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, həbs olunan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin Novxanıdakı bağ evindən "Kalaşnikov" avtomatları və qumbaralar tapılıb. MTN əməkdaşları sabiq nazirin şəxsi maşınından tapança da götürüblər. Bu qədər silah-sursatın Nicat Quliyevin əlinə haradan keçdiyi məlum deyil.

Artıq Abşeron rayon məhkəməsində Nicat Quliyev barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlamaqda ittiham olunur. Məlumatı sabiq nazirin vəkili Elton Quliyev verib.

Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol