Ötən gün məşhur “Niaqara” restoranının şou zalında kütləvi zəhərlənmə baş verib.AzVision.az-a bu barədə jurnalist İlkin Həsənov məlumat verib.
Onun sözlərinə görə, ötən gün ad günü mərasimi ilə bağlı restoranda olublar və yedikləri “paytaxt” salatından təxminən 15-16 nəfər zəhərlənib:
“Ötən axşam “Niaqara” restoranının şou zalında yubiley mərasimində idik. Ad günündə iştirak edənlərin 15-16 nəfəri zəhərlənib. Mənim vəziyyətim yaxşı olmadığı üçün həkim xəstəxanada yatmağımı məsləhət bildi. Digərləri isə mədələri yuyuldu və evə buraxıldı”,-deyə İ.Həsənov qeyd edib.
Musavat.com-dan: "Niaqara" restoranı müdafiə sənayesi naziri Yavər Camalova məxsusdur

Şərhlər