Oğurluq edən şəxs girov götürülüb, ondan pulun yarısı zorla alınıb
Daxili İşlər Nazirliyi (DİN) “Karat” MMC-dən edilən oğurluqla bağlı rəsmi məlumat yayıb.M Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən “Karat MMC”-nin dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb.
Keçirilmiş əməliyyat istintaq tədbirləri ilə cinayəti törətmiş şəxs - Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat MMC”-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb.

Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb. Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib.

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək, evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.
Ramiz İmaməliyevdən 450 min manat alındıqdan sonra o buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə

Faktlarla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, istintaq aparılır.
Məlumat üçün bildirək ki, “Karat MMC” Milli Məclisin deputatı Əsabil Qasımova məxsusdu.










Şərhlər