“Rauf Mirqədirovun həbsi qara sapla yamanmış ağ yalandır”. Bunu AzPolitika.info-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Təmirxan Rauf Mirqədirovun həbsindən danışarkən deyib.
Onun sözlərinə görə, hakimiyyətdə Azərbaycanın demokratiya yolu ilə getməsini istəməyən müəyyən dairələr var: “Mən bunu bütün hakimiyyətə şamil edə bilmərəm. Lakin Azərbaycan hakimiyyəti daxilində Azərbaycanın demokratiya yolu ilə getməsinin əleyhinə olan dairələr Rauf Mirqədirov məsələsini uydurdular. Əslində hesab edirəm ki, Rauf Mirqədirovun həbsi Leyla Yunusun həbsi üçün "enmə zolağı" idi”.
Ülkər Musazadə

Şərhlər