Menu

XDMX bu il 900 kompüter insidenti aşkarlayıb

05.07.2017, 14:34
XDMX bu il 900 kompüter insidenti aşkarlayıb

2017-ci ilin I yarısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində 897 insident emal olunub.

"APA-Economics" adıçəkilən qurumun saytına istinadən xəbər verir ki, II rüb ərzində müvafiq qurumlara aşkar edilmiş boşluqlar barədə 81 audit göndərilib.

Bununla yanaşı, gov.az zonasında müvafiq qurumların sorğuları əsasında 9 domen və 92 subdomen qeydiyyatdan keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol