Menu

Çin turistləri Sibirə axışır

03.08.2017, 18:21
Çin turistləri Sibirə axışır

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çin turistləri Sibirə axını xeyli sürətlənib. Belə ki, bu ilin birinci yarısında Çin Xalq Respublikasından (ÇXR) Sibir bölgələrinə turist dalğası əhəmiyyətli dərəcədə artıb.

«Rosturizm»min məlumatına görə, ilin əvvəlindən Novosibirsk vilayətində 9,3 min çinli turist olub ki, bu da ötənilki göstəricini 41,0 faiz üstələyir.

İlin əvvəlindən İrkutsk vilayətinə 8,5 min çinli turist gəlib ki, bu da 2016-cı ilin göstəricisini 15,0 faiz ötür.

Zabaykalyeyə demək olar, 7 min çinli səfər edib və bu 2016-cı ildəkinə nisbətdə 29,0 faiz çoxdur. Buryatiyada 2016-cı ildə cəmi 142 turist olduğu halda, bu ilin əvvəlindən bu bölgəyə 438 Çin vətəndaşı (artım 208,0 faiz) gəlib.

Hələ ötən əsrin 60-cı illərində (SSRİ ilə Çin arasındakı məlum münaqişədən sonra) Çinlilər deyirdilər ki, SSRİ-ni topsuz-tüfəngsiz (əliyalın) işğal edəcəyik. Görünür, onlar bu «vəd»i yerinə yetirməyə başlayıblar…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol