Menu

2017-ci ildə Donbasda 341 dinc sakin həlak olub

08.08.2017, 09:30
2017-ci ildə Donbasda 341 dinc sakin həlak olub

İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaralanıb. RİA “Novosti” xəbər verir ki, bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib.

“Yanvarın 1-dən hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaxud yaralanıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur”, - deyə A.Huq bildirib.

BMT-nin hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol