Menu

Səudiyyə Ərəbistanı İran agentləri olduğu bildirilən 14 nəfəri edam edəcək

08.08.2017, 13:45
Səudiyyə Ərəbistanı İran agentləri olduğu bildirilən 14 nəfəri edam edəcək

Səudiyyə Ərəbistan “Ərəb baharı” olayları zamanı ölkədə iğtişaş törətməyə cəhd edən və İran agentləri olduğu bildirilən 14 nəfərin edam cəzasının arxasında olduğunu açıqlayıb.

Avropa.info xatırladır ki, Səudiyyənin antiterror məhkəməsi tərəfindən verilən qərara ABŞ və Avropa ölkələri etiraz etmişdi.

Qərbdən edilən etirazlara baxmayaraq Krallığın ali məhkəməsi, ötən ay edam cəzalarını təsdiqləyib.

Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyinin sözçüsü Mənsur əl-Gafari məhkəmənin ədalətli hökm çıxardığını, prosesin vəkillər, insan haqları müşahidəçiləri və medianın önündə həyata keçrildiyini deyib.

Gafari ölkəsində edam qərarının çox təhlükəli cinayətlərdə tətbiq edildiyini də qeyd edib.

Xatırladaq ki, qərar hər an icra edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol