Menu

Tramp afrikalıları heyrətə salıb! - Namibiyanı "Nambiya" adlandırıb

21.09.2017, 19:09
Tramp afrikalıları heyrətə salıb! - Namibiyanı "Nambiya" adlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatında (BMT) Afrika ölkələri liderləri qarşısında çıxış edərkən, mövcud olmayan hansısa "Nambiya" ölkəsinə istinad edib. Həmin anda Tramp «qara qitə»də səhiyyənin vəziyyətindən danışırmış.

Xəbəri «BBC» kanalı yayıb.

«Nambiyada səhiyyə sistemi getdikcə daha da dolğun hala gəlir» - deyə, Prezident qeyd edib.

Trampın çıxışı üçün Ağ Evin hazırladığı mətndə dəqiqləşdirilib ki, o, səhv olaraq, Namibiyanı belə adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol