Menu

Beynəlxalq koalisiyanın endirdiyi zərbə nəticəsində 12 dinc sakin həlak olub

01.10.2017, 23:37
Beynəlxalq koalisiyanın endirdiyi zərbə nəticəsində 12 dinc sakin həlak olub

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 12 mülki sakin həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, zərbə Deyr ez-Zor vilayətindəki Bu-Kemal şəhərinə, Bukrus Faukan yaşayış məntəsədindəki evə endirilib. Ölənlərin əskəriyyəti qadınlar və uşaqlardır.

Agentliyin xəbərinə görə, zərbə zamanı həmçinin 10 dinc sakin də xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol