Menu

Belorus əcnəbilər üzərində nəzarəti gücləndirir

02.10.2017, 10:25
Belorus əcnəbilər üzərində nəzarəti gücləndirir

«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Belorus öz ərazisindəki əcnəbilər üzərində nəzarəti gücləndirməyə başlayıb.

Dünəndən başlayaraq, bütün mehmanxanalara və sanatoriyalara göstəriş verilib ki, digər ölkələrin bu müəssisələrə gəlməsi barədə 3 saat ərzində hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Xəbər verilir ki, bunun üçün avtomatlaşdırılmış informasiya sistemi işləyir.

Ölkənin daxili işlər nazirliyində (DİN) bəyan ediblər ki, bu addım miqrasiya dalğalarını daha yaxşı izləməyə imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol