Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 5 mlrd. 224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3 mlrd. 825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8% əməl edərək dövlət büdcəsinə 1 mlrd. 950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9% çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4,3 mlrd. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275 mln. manat və ya 6% azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4 mlrd. 320,3 mln. manat vəsait daxil olub.
Bu ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7% və ya 12 mlrd. 783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. 161,5 mln. manat və ya 20,3% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 38,1%-i və ya 4 mlrd. 865,1 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8% çoxdur.
Cari ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4,59 mlrd. manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranıb. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 17 mlrd. 586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16 mlrd. 972,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.

Şərhlər
Qardaş, hərdən sərhədə təhlükəli yaxın olmursan???...))))))
Bu məsələ aydındır. Layihənin vəziyyəti necə, ləğv olundu?
Narahatlığın səbəbi bir az aydın olmadı, şərh idi, yaxud başqa kompyuter?
Belə görünürki, narahatlıq yaradan mesajın ikinci hissəsindəki məlumatdır......narahatlığa əsas yoxdur, mən sadəcə vəziyyət barədə məlumat verdim, bu amilin nə qədər təhlükəliliyini bilirəm
Ay brat, bir usta göndəreydün də bu telofona baxsun, nəsə bir təər işdiyir - məni həm eşidürlər, həm də başa düşürlər, mən ama heç nə eşitmirəm, ancaq fraqmentdəri tuta bilirəm... birdən nəyisə düz başa düşümərəm, yaxçı olmaz da......)))))))))
Moderatora: Büdcə müzakirələri ilə əlaqədar olaraq arxivimdə saxlanılan Azpolitikanın bir sıra materiallarına, xüsusi ilə Mərkəzi bankın idarə heyəti sədrinin çıxışları, verdiyi məlumatların olduğu mənbələrə daxil oluram. Güman edirəm narahat edici amillər sırasında deyil
Məhəllə deyəndə mən, öz məhəlləmizi, büdcə müzakirələri deyəndə öz müzakirələrimizi, sakit keçir deyəndə – gözlənilməz dərəcədə “dostluq” və “mehribancılıq” şəraitini nəzərdə tuturdum.
Gülə-gülə, ay brat, Fatmanisə şounu isə zor dedin .....)))))))))))))))))))
Ara sakitləşəndən sonra, zəhmət olmazsa, bir başa sal görək bu nə sillə idi yenə arxadan??? nə deyim ona, nə mənası, nə üçün??? Telefonuda düzəltdirmədin ki, bir başa düşək nə var, nə yox.
Biz deyəsən yenə biri-birimizi düz başa düşmədik.....))))))) Mən..“dəqiq?”...soruşanda poçtolyon məqaləsində birinci şərhi nəzərdə tuturdum, əgər düz başa düşdümsə onu. 5-10 gündən bir, qısa müddətli, silinə bilən, dialoq rejimi yaratmaq olmaz burda?
Açığı oyunun bu qədər mürəkkəbləşməsi və hətta keçmiş müttəfiq, patriotun yeni mövqe sərgiləməsi, başa düşülən olsada oyuna marağı, münasibəti dəyişir - böyük matah deyilki onun itirilməsinə heyifsilənəsən. Bilmirəm, məsləhət sənindir, brat (əgər düz başa düşdümsə).....)))))))))
Dəqiq???....)))))))))
Zarafatım uğursuz idi, yoxsa təhlükəli???....)))))))))
Hə, mənzərə təqribi aydın oldu, ay brat, əgər onu sığorta şirkətinin bağlanması haqqında qərarın ləğvi müəyyən edirsə (oyunun qaydalarını mükəmməl bilməyəndə olur, nəzərə alaram).
Brat, bankda ingilis dili bilən mütəxəssis yoxdur ki, aparıcı mövqeyə ingilis dili tərcüməçisi çəkilib???....))))))) Birdən elə bilərsən paxıllıq edirəm a, qətiyyən, vəziyyətə baxıram bir az gülməyim tutur, ona görə yazdım, yəqin ki, inciməzsən....))))))))))))))
Brat, Kamal rəhmətliyin də oğlu VİP-dir???...)))) olsun e, sözüm yox, amma ölkədə əgər problemlərin müzakirəsi dərslik səviyyəsində aparılırsa onlardan hansının həlli belə müzakirələr əsasında mümkündür ???
“uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək”...... brat, aydın olmadı bir az, uçot dərəcəsinin real səviyyəsi müsbət olacaq, yoxsa mənfi......)))))))
Brat, üzümüzə gələn yeni ilini təbrik edirəm, xeyirli-uğurlu il olsun, 2015-2017-də rastlaşdığımız çətinliklərə, türklər demiş, keçmiş olsun. Can sağlığı, Müvəffəqiyyətlər və Mübariz ruh!!!
13 nəsdir, buraxaq bu şərhi.........)))))))))))
Brat, layihənin reallaşması ilə əlaqəli il yaman həyəcanlı gözləntilərlə başlayır. Deyəsən artıq son akt ifa olunur....)))))))
.....)))))))
Bu, qərbi azərbaycanlı qrup yoldaşın nə istəyir, yaman gəl-get edir??? əgər özfəaliyyət deyilsə, karsız adamdır, ipi ilə quyuya düşmək olmaz
beləlrini görəndə adam dadaşyevə üzrxahlıq etmək istəyir.....)))))
mövzunun yerdəyişmələrindən belə görünür ki, onunla əlaqəli hansısa narahatlıq yaranıb, düz başa düşürəmsə......)))))))) əgər bu, mənim istifadə etdiyim müraciət formasının sərbəstliyi ilə əlaqəlidirsə, mövzu manşetdən çıxarılmışdı, qapalı idi, mən gözləməzdim ki, sən onu yenə manşetə çıxaracaqsan ay brat (sonuncu dəfə istifadə edirəm bu müraciəti, hesab elə onun vida istifadəsidir......)))))))))))
Aydınlıq gəldi...))))
Havanın temperaturu, nəmişliyi, təzyiqi barədə məlumtlanmağa imkan verən göstəricinin təqsiri nə idi, ixtisara saldın onu ???.....))))))))))
Utandırdın məni əməlli başlı, söz tapa bilmirəm, çox sağ ol...
Nə olub yenə, kefsizsən, tikanlı-tikanlı sözlər atırsan???...))))) ABŞ polisinin zora qarşılıq verə bilməyənlərə etdiyi məsləhəti yada sal....))))) nə var, odurda....))))))))