«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi məlumata görə, Belçika federal prokurorluğunun nümayəndəsi Erik Van der Spit bəyan edib ki, Belçika hakimiyyəti Kataloniya jeneralitetinin eks-başçısı Karlos Puçdemonun həbsi üçün Madriddən order alıb.
İndi order məhkəmə istintaqına göndəriləcək. Ehtimal ki, istintaq Puçdemonu dindirəcək və ekstradisiyası üçün qərar qəbul edəcək.
«Bunun üçün vaxt çərçivəsi yoxdur - güman ki, bu, sabah, birisi gün və ya bazar ertəsi baş verəcək» - deyə, Van der Spit bildirib.
Onun sözlərinə görə, «müstəntiq onu dindirilməyə çağıracaq və ya dindirilməyə gətirmək üçün polisdən xahiş edəcək», bundan sonra qərar qəbul etmək üçün məhkəmə istintaqının sərəncamında 24 saat vaxt olacaq.


Şərhlər