İraq ordusu İŞİD terror qruplaşması üzərinə hücuma keçib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Məlumata görə, İraq ordusunun bu hücumunda məqsəd İŞİD-in ölkədəki son dayaq məntəqələrini ələ keçirməkdir.
Qeyd edək ki, noyabrın 5-də İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub.


Şərhlər