Menu

Rusiyada dolların məzənnəsi 60 rublu ötüb

14.11.2017, 21:35
Rusiyada dolların məzənnəsi 60 rublu ötüb

Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb.

"Report" xəbər verir ki, sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.

Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.

Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9% artım gözlədikləri halda, göstərici 1,8% təşkil edib və II rübdə qeydə alınan 2,5% artımdan xeyli aşağı olub.

Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir.

"Report"un analitik qrupu RUB/USD məzənnəsinin ayın sonuna qədər 63 səviyyəsinə yüksələcəyini istisna etmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol