Menu

SEPARATÇILARI DƏSTƏKLƏYƏN MƏMUR İŞDƏN QOVULDU

23.11.2017, 16:41
SEPARATÇILARI DƏSTƏKLƏYƏN MƏMUR İŞDƏN QOVULDU

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. "Report"un xəbərin görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə, odur. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

Maraqlıdır, F.Tanirverdiyev dediklərinə əməl edəcəkmi?

Şərhlər

Türk 2017-11-23 16:41:31

HƏLƏ DEYİRDİ AZƏRBAYCAN PASPORTUMUZU DA CIRACASQ. BU İSƏ MİLLƏTİMİZƏ XALQIMIZA QARŞI TƏHQİR İDİ. İNDİ CIRSIN GETSİN. BURA AZƏRBAYCANDIR....

Türk 2017-11-23 16:41:31

Getsin Kürdüstana, deyirdi gedəcəm burdan əgər belə olsa.

G.M 2017-11-23 16:41:31

Bu Fizulinin özbaşınalığına yerində olmayan Laçın İH Başçısı da məhsuliyyət daşıyır.Görün ki,neçə müddətdir bu məsələdən keçib..hələ indi tədbir görülüb.Çünki,Laçın İH Başçısını idarə edənlər ... əlaqəli adamlardı.

ilqar 2017-11-23 16:41:31

cox hormet etdiyim gozel insan G M onu basqa yerde isle temin edibler ........................................

Cavad 2017-11-23 16:41:31

Azərbaycanda əsl azərbaycanlıların işsiz qaldığı halda beləl’ri necə məsul vəzifələrə qədər irəliləyə bilir?

VANQA 2017-11-23 16:41:31

Risofkaliq eliyir Əə nəyi cirir? Onun özünü cirarlar.Bura azərbaycandire

vətəndaş 2017-11-23 16:41:31

Olmayan rayona icra hakimiyəti adı ilə belələrini yı]anda bunu deşwnməli idilər.Axı onların işsizlikdən vaxtı boş qalır, yalnız onlar büdcə yeyib kef edirlər.Bir düşünəın varmı ki.məəcburi köçkünlərin məskunlaşdığı rayonların icra hakimiyyətində şişirdilmiş ştatda işçilər mövcuddur və o rayonların icra hakimiyyətinə ehtiyac yoxdur.

Xan Araz 2017-11-23 16:41:31

Bizim çörəyimizin duzu yoxdur. Bir vaxtlar xain ermənilərə çörək verdik qədrini bilmədilər, xain çıxdılar. Çörək tutacaq onların gözünü. Budur indi də, bu Füzuli deyilən....... Allah lənət etsin çörəyimizi itirən Füqzuli kimilərə! Heyif o addan ki, o daşıyır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol