Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi,qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunub.
Avropa.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib.
Xatırladaq ki, noyabrın 2-də azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı İstanbulda sui-qəsd cəhdi olub. 11 nəfərdən ibarət killer qrupu N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək istəyib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Namiq Canıyev hal-hazırda Türkiyədə həbsdə saxlanılır.

Şərhlər
Görün Dünya nə günə düşüb.Cinayətkarın qardaşı Dövlətin strateji İdarəsində yüksək post tutur.Hətta kriminal dəstələrə başçılıq da edir.Bu münvalla çox uzağa getmək inandırıcı görsənmir.Unutmayın ki,Kriminal aləm idarəedici strukturda təmsil olmağa başlayanda Dövlətçilik ənənələri yoxa çıxı..Əfqanstanfason bir qurum yaranır.Ancaq Azərbaycanda Ziyalılar üstünlük təşkil etdiyindən
,Əfqanstan kimi əcaib bir qurum yox,Tam Yeni Bir Azərbaycan Dövləti zərurəti yaranacaq.
LOTULARİDA POLİS OORUDUSA DAHA DİGƏRLƏRİDƏN ONLARİN NƏ FƏRQİ.