Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
3 il bundan öncə isə Bakı Dövlət Universitetinin 95 illiyi qeyd olundu. Bu münasibətlə hətta rektor Abel Məhərrəmov kitab da yazıbmış. Bugünlərdə təsadüfən tanış olduğumuz kitab 2014-cü ildə çap olunub və “Bakı Dövlət Universiteti-95” adlanır.
Bu iri həcmli və nəfis tərtib olunmuş kitabın BDU-dan daha çox bu universitetin rektoru Abel Məhərrəmova həsr olunduğunu desək, yəqin ki, çox da şişirtməyə yol vermiş olmarıq. Hətta bir qədər də irəli gedib, kitabı rektor Abel Məhərrəmovun bioqrafiyası da adlandırmaq olar.
Məsələ ondadır ki, 100 illik tarixi olan, Azərbaycana yüzlərlə, minlərlə böyük şəxsiyyətlər, hətta dahilər bəxş etmiş bir universitetin tarixi ilə bağlı yazılmış kitabda, hazırki rektorun nə az-nə çox, düz 98 ədəd fotosu yer alıb!
Bakı Dövlət Universitetinə Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan, Mehdi Əliyev, Yusuf Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Murtuz Ələsgərov kimi nüfuzlu şəxsiyyətlər rəhbərlik ediblər. Bununla yanaşı bu ali məktəbdə çox nüfuzlu alimlər çalışıblar. Ancaq buna baxmayaraq, kitabda Abel müəllim yalniz öz fəaliyyətini önə çəkməyə çalışıb. Özünün 98 şəklinin olduğu bu kitabda, məsələn, görkəmli alim, universitetin 1993-96-cı illərdə rektoru və 1996-2005-cı illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun cəmi 3 fotosu yer alıb!

Diqqət edin: kitabın 53-cü səhifəsində Murtuz Ələsgərovun rektor təyin olunması haqqında bir cümləlik məlumat verilib. Dərhal sonra – 54-cü səhifədə yenidən Abel Məhərrəmovun 2000-ci ildə çəkdirdiyi bir şəkil yer alıb...

"Bakı Dövlət Universiteti - 95" kitabında ən diqqətçəkən məqamlardan biri isə Abel Məhərrəmovun "Narxoz"un məzunu Eldar Mahmudov və Naxçıvan Dövlət Universitetinin məzunu Vasif Talıbovun fotolarını BDU-nun "Hüquq fakültəsinin məzunları sırasında Respublikanın ali dövlət strukturlarında yüksək vəzifədə çalışanlar" sırasında ən başda göstərməsidir.
Məlumat üçün bildirək ki, Eldar Mahmudov 37, Vasif Talıbov isə 38 yaşında ikinci ali təhsil diplomu kimi BDU-nun Hüquq fakültəsinin diplomlarına yiyələniblər. V.Talıbovu hardasa başa düşmək olar, ölkənin siyasi rəhbərlərindən biridir deyə, fotosunun başda verilməsi normaldır. Deyək ki, siyasi etika belə tələb edib. Bəs 37 yaşında formal olaraq, bir gün, bir saat belə auditoriyada oturmadan BDU-nun Hüquq fakültəsinin diplomuna yiyələnmiş E.Mahmudovun fotosunun, məsələn, Hüquq fakültəsinin həqiqi məzunu və ölkənin Baş prokuroru olan Zakir Qaralovdan öndə verilməsi nə ilə izah oluna bilər? Ölkənin üçüncü hakimiyyət qolunun rəhbərinin, yenə də BDU-nun həqiqi məzunu olan Ali Məhkəmənin sədrinin fotosunun BDU-ya ciddi tellərlə bağlılığı olmamış MTN başçısından aşağıda verilməsi, görəsən E.Mahmudova dərin hörmətdən qaynaqlanıb, yoxsa başqa səbəbləri olub?...

Ümumiyyətlə, araşdırsaq, görərik ki, yuxarı və orta məmur təbəqəsinin, deputatların, iş adamlarının əksəriyyəti öz bioqrafiyalarına zənginlik qatmaq üçün 30-40 yaşlarında BDU-nun Hüquq, Beynəlxalq Hüquq və digər prestijli fakültələrinin diplomlarını alıblar. Bəli, məhz ALIBLAR! Bu diplomların onların bioqrafiyalarını, bilik və bacarıqlarını nə dərəcədə zənginləşdirdiyi şübhəli olsa da, bəzi şəxslərin öz böyük bizneslərinin bir qolu kimi, ikinci ali təhsil diplomlarının alınıb-satılması işindən əməlli-başlı zənginə çevrildikləri heç bir şübhə doğurmur...
Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda isə BDU-nun 100 illik yubileyinə ciddi hazırlıq gedir. Şübhəsiz ki, bu münasibətlə də kitablar yazılacaq, silsilə yubiley tədbirləri keçiriləcək. Əgər hörmətli Abel Məhərrəmovun “təvazökarlığı” 100 illikdə də eyni şövqlə “aşıb-daşsa”, onda elə bəri başdan keçiriləcək tədbirlərin adında bir balaca dəqiqləşdirmə aparmaq zərurəti var...
Heydər Əliyevin "milli sərvətimiz" adlandırdığı Bakı Dövlət Universiteti haqqında belə urvatsız kitablar universitetin təhsil tariximizdəki rolunu kiçildir.
F.Əliheydərov
AzPolitika.info



Şərhlər
Allah Azərbaycanın azrbaycanlı xalqını bu ılardan qurtarsınin.İnşaalah...
Ağsaqqalın qoy bir başı açılsın, bunların hamısını biabır edecek, bezi nazirler, generallar çox meharetle uzun iller maskalnsalar da ağsaqqal eninde sonunda onların iç üzünü açıb bizlere gösterir. Qastrolbüronun administratoru sade zehmetkeş Ağabala Hüseynov demişken: Günahkarlar öz layiqli cezalarını alacaqlar. (Sürekli alqışlar)
Mən 10 ildir müraciət edərək 2-ci hüquq təhsili almaq istəsəm də,buna qadağa qoyulub. 5 il qabaq çağırıb dedilər ki,2-ci təhsil olmayacaq,gələn ilin aprelində baxarıq. 5 aprel keçib,amma hələ də qəbul "bərpa olunmayıb "Təhsil N-yi isə Naxçıvana getməyi təklif edib. NDU-ya müraciətiməcilik isə 3 ildir cavab verilmir.Bu da savaş əlillərinə qarşı ayrı-seçkilikdir.Təhsil haqqından azad olmağımız belə özbaşınalığı əsaslandırır.Bir də hüquq diplomu 40 mindirsə,nə deyək?Onu deyək ki,BDU təkcə "hüquq" demək deyil.
Biz kasib usaqlari o vaxti huquqa qebul olduq bu Abel bizi qovaladi allah bilir biz nece eseb ezab kecirdik orani bitirince butun geleceyimizi mehv eledi bu Abel sehv elemiremse Ermenistanandi bir gun onan allah bize heyf cixmaq sansi verer insallah kasib usaqlarini mehv edib diplomlarini pul ucun gecikdirdiyi ucun oz savadimla girmisdim BDU-da balaca dovlet yaradib bu butun neslinu kokunde isv vezifeye qoyub ora
MOLLA NƏSRƏDDİN ESSƏYİN USDUNDƏ GEDƏRKƏN QONSUSUNA RƏST GƏLİR QONSU GORURKİ MOLLA AELƏ HEY AĞZİNİ ACİB YUMUR AMMA HEC CEYNƏMİR. SORUSUR MOLLA NƏDİ YEDİYİN? MOLLA DARİNİ AĞZİNA ATMAQ İSDƏYİRMİS KULƏK İSƏ BUNA AMAN VERMƏDİYİNDƏN CAVAB VERİR Kİ KULƏK BELƏ ƏSSƏ HECNƏ.İNDİ A MİLLƏT BELƏ BASLASAQ HƏM KİTABLARİMİZ, TARİXİMİZ HƏM DƏ Kİ KECMİSİMİZ DEYƏSƏN SİLİNƏCƏK.ANASİ, ARVADİ. NƏNƏSİ ERMƏNİ OLANDAN SORUSANDA BU MİLLƏTLƏ NİYƏ AİLƏ QURMUSAN CAVAB VERİRİ MƏN NƏ BİLİRDİM QARABAĞİ ERMƏNİLƏR ALACAQ, HAMİ DA RAZİLASİR.
A bey ,talis ,redaktor,wuvalanli,emin,wemkirli ve s,hamisi eyni ekedi.Ruslar demiw,eyni adamdi,просто bawliqlari ayridi.
heyif bu universitetdən.
Bağırzadə neçənci ilə qədər rektör olub? demək istədiyin anlaşılmasa da,sənin yalanın bəllidir.Burada fakt BDU-dakı vəziyyətin acınacaqlı olduğunu sübut edir.Sən bilmirsən ki. bu il təhsil haqqı ödəyə bilməyən 7000( yeddi min ) zəhmətkeş balaları institutlardan xaric edilib. Bunun nə demək olduğunu sən-talış anlaya bilirsənmi? Sənun BDU-da nələr baş verdiyindən xəbərin var? Boş-boş yazılarla saytı korlama və düzgün insanlara böhtan atma.
Muellife,Hormetli yazar,ellinize sagliq,bele yazilari oxuyanda birbalaca teskinlik tapirsan ki,hele yawamaga deyer memleketde,yoxsa bezi podxalim yazarlari oxuyanda elin yerden-goyden uzulur,fikrlewirsen hara geder ee,hara gender ee, by millet.
Az.TVdən başlamış BDU-ya, oradan da MM-ə qədər məmur kreslolarını zəbt etmişlərin əksəriyyətinin elmi işinin,yazdığı kitabların əsil müəllifləri səfalətlə vuruşan,bir qarın çörək uğurunda döyüşən ``sovetdənqalma`` qələm sahibləridirlər.Bəzi məmurlar hətta bədii yaradıcılığa da `baş vurur` guya şer yazır,bəstəkarlıq edir,bəddi əsərlər yaradırlar.Hansı ki,bu `nasirlər` mübtədayla,xəbərin nə olduğunu bilmirlər.və.s.Abel məllim də .... Faciələrimizin başlanğıcı bu saxta mühitin məhsuludur.
ruh satanlardi dostum ozun nesen
kitabin adini gerek Men abel yene men qoyaydi
Yaşamaq naminə mənəviyyata qənim kəsilmiş, bayağı yaltaqlığı peşə edən bu ....məmləkətində necə olaram...
Abel heç jek müdirliyinədə yaramıq
ay ...ar huquq ele birinci Eldar Mahmudova lazimdi. huququ qanunu bilmelidi .
Eldar Mahmudovun dawi duwecek haminizin bawiniza vaxti gelende haminiz ayagina duwub yalvarassiz...
Axı bir də Abel Azərbaycan adı,soyadı deyil.Görəsən bəs o da adını dəyişənlərdəndir? Abel Meherremovun BDU-da yığdığı mal varlığı heç də Ziya Məmmədovdan və Fazil Məmmədovdan az deyil.Bunu axtaran olsa çox mətləblərin üstü açılar və təhsili kor qoyanlardan birinin də Abel olduğu ortaya çıxar.
Eldar Mahmudov universitetdə oxuduğu müddətdə onunla birlikdə təhsil alan 5 nəfər tələbə yoldaşının adını çəkə bilərmi? Onun neçənci mərtəbədə, hansı audatoriyada mühaizirədə olduğu yadına gəlirmi?Hansı müəllimlərin ona dərs dediyini, ona hüquqşünas ixtisası verilən Dövlət imtahan komissiyasının sədrinin üzvlərinin kimlər olduğunu xatırlayırmı?Atasının hesabına narxozu bitirdiyini hamı bilir bəs BDU-dən kimin hesabına diplom ələ keçirdiyini istintaq orqanları niyə araşdırmır?
ers document sani
BDU Huquq diplomunu konkret satirlar oxuyan roya ilde gelib 1 defe konsert verirdi o huquq diplomunu aldi amma necede savadli usaq pul uzunden tehsileri yarimciq qaldi Abel Meherremov diplomu satacagina kasiblara az desket olaydi o savadli kadrlar mehv olub gedir savadsizlar indi en yaxsi yerlerde isleyirler
Müəllif Abel Məhərrəmov nə etdiyini başa düşdük sənin onunla qəsdi qərə
zliyin var ya yox özünüz bilərsiniz sən müəllif düzgünlük axtaran oğulsansa bəs bu Universiteti yaradan oğlanın adını çəkməyə niyə qorxdun Hər haqta BDUnu yaradan bir oğul var onun şəkli niyə yoxdur?
TALİSA YAZANA- BU ADAM DEYİR 1980 İLLƏRDƏ ADU REKTORU FAİQ BAĞİRZADƏ OLUB SƏN İSƏ HEC BİR RƏQƏM GOSDƏRMƏDİN. İKİNCİSİ DƏ TALİS OLANDA NƏ OLAR Kİ MƏGƏR ONLARDA BİZİM RESPUBLİKANİN VƏTƏNDASİ DƏYİL. UCUNCUSUDƏ TƏHSİL HAQQİNİ ABEL MUƏLLİM CİBİNDƏN ODƏMƏLİDİR? SƏNİN KİMİLƏRİDİ MİLLƏTİ CASDİRİB, GƏNCLƏRİN BEYNİNİ ZƏHIRLƏYƏN. DOVLƏTİN QANUNU VAR BUNA ABEL NƏ ETSİN. O Kİ QALDİ BDU NƏLƏR BAS VERİR. ACİQ DE FAKT YAZ KİSİ KİMİ MOB TEL QOY AİDİYATİ TƏDBİR GORULSUN. YOXSA DAVSAN KİMİ ADİN DA YOX.TELFONUM 051 652 3630
Men BDU nun hugug fakultesini bitirmiwem ve orda tehsil aldigim muddetde hechkim menen bir gepikde istemiyib, ve umumiyetle BDU da telebelere tehsil almag ucun her cur werait yaradilib. Bitirenen sonrada imtahan verib ishe gebul olmusham. Yaniki biraz ozumuzdende chox shey asilidi . Oxuyan oxuyur !
Kişi imzasıyla yazmayın..eldar getdi...daha onu gözləyənlər qulaqlarının dalını görəcəklər.
kimyaciya---- paxil olmayin,mallim ona gore Nobel mukafati alib,tilsimli bir eliksirdir)
Mende BDU mezunuyam Abel Meheremmov BDUnu konkret zebt edib diktatur rejim qurub orda men nece defe qebula getmisem orda muellimleri nece danlayirdi usaq kimi BDUda karupsiyya yeri axtarirsinizsa size deyim prorektor Sani Haciyev huquqdaki qiymet isine onlar bair Karrupsiya idaresi ona ve Abele ne edecek ki ? Saninin oglu ozu prokrorluq orqanlarinda calisir Abelin qardasi PA-da men size subut ede bilrrem ordaki rusvet sistemini amma hec kim tedbir gormeyeceyi ucun ozumun basim agriyacagi ucun neyime lazimdi
... tehsile etmediyi zerbeni Abel vurub. Mutleq onun emlaki muyenlesmeli 2 tehsilde TQDK verilmeli. Hemin diplomlar taninmamalidor. ..
Aprel hadisələri zamanı o tələbə gənclərdən ibarət böyük bir mitinq təşkil elədi. Bir gün sonra onun elə az qala tələbə yaşlı, orduda xidmət eləməyən oğlu İspaniyaya səfir təyin olundu.Abelin qardaşıda PA -da!onun alimliyindən danışmaq sadəcə gülünc doğurur. Başqalarının məqalələrinə həmmüəllif olub hey, istinadlar da az! vaxti haradir!Amma 2001-də bir başa akademik təyin olunub.Sanki kimlərsə bu millətydən qisas alır. Günah abeldə deyil. Regionallar partiyasıdır!Kadr qıtlığıdir deyəsən
Əvvəl soyadını düz yazmağı öyrən.Su valanlı nədir? Sonra sən və Emin yqin eyni Abelsiniz. Öncə Abel-in haradan gəldiyini öyrənin.Sonra BDU-da baş verənərdən xəbər bilin.Ondan sonra rəy yazın.Misal: Hüquq və beynəlxalq münasibətlərə qəbulun kimlər olduğuna və hansı rüşvətlə qəbul olunduqlarını öyrənin. Dana sonra semestr imtahanlarının gedişindən xəbəriniz olsun. Daha sonra BDU-da dərsə gəlməyib diplom alanları arayın.İMtahan qiymətlərini öyrənin,təhsil haqlarının büdcəyə ödənilməsinə diqqət edin.Sonra üzə
Bizim kendin hamsinda 2 tehsil hüquq diplomu var. Sağ olsun Abel m cavanlarda hevesi öldürüb. Hami deyir sora hüquq diplomu alariq. NDU o gündedir amma bir az ora ucuzdur haaaaaa
AY YAZIQ MILLET GOR YUSIF MEMMEDELIYEVI YEYHA MEMMEDOVU SEFAYET MEHDIYEVI KIM TEHSILDE VE ELIMDE KIM EVEZ EDIR...abel. Tekce o rekror olandan 2-ci tehsil adi ile ile en azi 1000 diplom satir. Indi gel 1000x20 ile =20000 qalaninida siz hesablayin men daha reqemlerden utaniram. Sonrada deyirsiz bizde niye hüquqşunas savadli olmur. BDU -nu elşadin abu-na çevırıb. Allah Qoysa onın aqibetide...
Gelin abelin yeraz olmasi xüsusi isiqlandirib onun emelinin derecesini azaltmayaq. Rüsvetxorun harali olmasi emeline haqq qazandirmir. Yuzlerle yeraz var fexrimiz niye abel Ibrahim Veliyev, Qerib Memmedov, Qenber müellim kimi Qururlu Ve Serefli Yerazlara niye oxsamir ki, gedib mehemmed imanliya oxsayir.
5 manatlig ....da yada saldilar,nehayet...
......Naxçıvanlı və digər rayonlu sayılanların da çoxu 1948 və sonra Azərbaycana gələn ErAZlardır.Müzəffər düz deyir.
Suvalanlının isə kim olduğu bəllidir.Elə belə yaltaqlar ölkəni bu günə salıb.Azərbaycan ErAzlardan ibarət deyil!
COX DƏQİQ MƏLUMATA BƏNZƏYİR Kİ ABEL HAQQİNDA BELƏ MUZAKİRƏ ACANLAR MƏHZ BU SAYTİ MALİYƏLƏSDİRƏNLƏRDİR. BASQA NƏ CUR OLA BİLƏR. ONA GORƏ TƏHSİL NAZİRİ SECİLMƏSİ ƏRƏFƏSİNDƏ BU MOVZUNU GUNDƏMƏ GƏLMƏSİ HEC DƏ TƏSADUFƏ BƏNZƏMİR.
Abel meherremov tehsil naziri postuna namizeddi deye indiki meqamda onun haqda menfi meqale sifarisli yazidi her halda
Bakı Dövlət Universitetində təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Bunun səbəbkarı Abel Məhərrəmovdur. Bütün kollektiv onun getməyini gözləyir. O, universitet rektoru olmaqla yanaşa həm də "Üzvi kimya" kafedrasını da zəbt edib. Yetişdirmələrindən danışır. Nə oldu, Ora bir nəfər yetişdirdiyi adam tapılmadı? Allah göstərməsin ki, bu təhsil ocağının 100 illiyinə qədər Məhərrəmov rektor qalsın.
Tehsilin qenimi düsmeni bes covdarov hara baxib bu kameli iceri qoymayib.
Huquq diplomunu.. ile 3 min satir indi siz deyin onun Eldar Mahmudovdan ne ferqi var. Insallah 2-3-4 tehsil adi ile satdigi diploma göre axiri ...
BİLMANA- BİLDİKLƏRİNİ YAZ NAĞİL YOX DEDİM AXİ. İMTAHANİNDAN DANİSİRSAN RUSVƏTİ KİM VƏ KİMDƏN TƏLƏB EDİR KİSİSƏN ADİNİ UNVANİNİ YAZ, KARUPSİYAYA QARSİ MUBARİZƏ İDARƏSİNDƏN DƏ TƏLƏB ET ARASDİRSİNLAR NİYƏ MƏN GEDİB QAPİ-QAPİ GƏZİB NƏSƏ OYRƏNMƏLİYƏM? SƏN BİLMAN KİMİ TƏQDİM OLUNAN BİLİRSƏN DƏ CƏSARƏT KİSİYƏ NİYƏ VERİLİB ACİQ YAZ. YOXDURSA DİLİN QOY DİNMƏZİNƏ DEYİB ATALARİMİZ. YOXSA HUQUQ BELƏ GƏLDİ, BEYNƏLXALQ ELƏ GETDİ. O FAKULTƏNİ ZAKİR QARALOV DA BİTİİB DUXUN VAR ONDAN YAZ. YAZANMASSAN DİLİNİ QOPARDALLAR BİLİ
Men size deyim bu Abelin dini imani .... harda pullu savadsiz varsa ona satiblar BDU huquq diplomunu evveler lap bazar idi Abelin oz qohumu orda dekan idi Mehemmed imanli ....onu sonra ikinci ali tesile duzelmek isteyen usaq korrupsiyaya verdi 40 min alanda tutudldu huquqa girmek ucun oda 10 ilden 2 il yatdi cixdi sozum oduki hal hazirda Huquq-muhafizede bas alan savadsizliq rusvetxorluq hamsi bu savadsiz adamlara huquq diplomu satilib deye bas verir. men hemise demisem Tehsil Nazirliyi bunlari arasdirmali hamsinin cunki qeyydiyati var orda saxta yola diplom alanlarin diplomu hamsi etibarsiz sayilmidi
Su alanlıya anlamır ki,görünən kəndin sənin kimi bələdçiyə ehtiyacı omur.BDU-nun rüşvət yuvası olduğu ölkədəöndəriblər. hamıya bəllidir.Ona görə Abeli tərifləməyin yersiz olduğunu bilməlidir.Onun Nobeli də işləri kimi nömrədir.Onun Təhsil naziri oması təhsilin faciəsi olar.
Tərif yaxşıdır yerində və layiqinə ediləndə.
HUQUQ FAKULTƏSİNDƏN MƏZUNLARİN İSİNİ QƏBUL ETMƏYƏN ABEL OLMAYB AY SAVADSİZ. ABEL MUƏLLİM HEC 10 İL DƏYİL BUNDAN QABAQ REKTORDU. SƏN OZUN DƏ BİLMƏDƏN 1978-Ğİ İLLƏRƏ SATASİRSAN EHTİYATLİ OL SƏNİN QİNDİNİ KƏSƏRLƏR. ONSUZDA BİR DƏFƏ KSİBLƏR BƏLKƏ DƏ. O Kİ QALDİ FƏHLƏ BALALARİNİN HUQUQ FAKULƏTƏSİNƏ QƏBULDAN İMTİNAYA QOY ƏDALƏT ZƏFƏR CLSİN ADLİ LİTERATURNAYA QAZETADAKİ MUSAHİBƏNİ OXU. ONDA REKTOR KAMRAN BAĞİRZADƏNİN QARDASİ FAİQ BAĞİRZƏ İDİ REKTOR. BU MİLLƏT 30 İL BİNDAN ƏVƏL TARİXİNİ BİLMİR ERMƏNİ NEYLƏSİN.
Abel müəllimin o kolbada göstərilən nədir görəsən? Dəmlənmiş çaya oxşayır.
Nə üçün bu qədər komentarilər hüquq mühfizə orqanlarını və prezident administrasiyanı maraqlandırmir.Hami bir səslə ... (rüşvət,diplom satmaŞ, saxyta Nobel mükafatı və s ) açıq surətdə yazır.Necə olur ki, ondan soruşulan adam tapılmır ki, nityə BDU-nu rüşvət yuvasına çevirmisən?
Beləliklə millətə savad vermək əvzinə ,onlsrı soyur və fiktiv diplom verirsən və nəticədə savadı olmayan onlar da müxtəlif yollarla vəzifə ələ keçirib digər üsullarla ölkənin imicinə zərər vururlar.
Gorunduyu kimi ... cox qaranliq ve insafsiz adami gor nece savadli usaqlari rusvet ucun mehv edib allah hamsini gorur bir gun hamsinin bedelini odeyecek bizelri mehv etdiyi ucun onu hec havaxt bagislamayacam allah mene onan hayf cixma sansi tanimagini isteyirem sadwce
bu abel lap ağ eləyib, yegin hamının yadindadır bir neçə il əvvəl o bir tanınmış jurnalisti ... olması yazısına görə həbs etdirmişdi. Abel əsil ....kimi hərəkət edir. Məhəmməd İmanlı Abelə çatacaq məbləği ozü üçün aldığını dediyinə görə Abelin köməklıyi ilə cəmi 2 il həbsdən sonra azad olunmuşdur. Eyni ilə indi AMEA-da müxbir üzv olan Məhəmməd Babanli da Abelin rüşvət günahını oz üzərinə götürdüyü üçün cəmi 1 il həbsdə olandan sonra azad olunmuş və müxbir üzvlüklə mükafatlandırılmışdır
HAQLI TƏKLİFDİ GƏRƏK TƏHSİL NAZİRLİYİDƏ DİPLOM VERENDE TQDK ÇIXARIŞINA ESASEN DİPLOM VERMƏLİDİRLƏR.LAKİN ONLARDA BİR ELDİ MÜTLƏQ BU ARAŞDIRILMALIDIR..KORUPİSYA ARAŞDIRILMALIDIR..