Menu

Jirinovski SSR-nin ən məşhur filmini tənqid etdi - “Sərxoşluğu təbliğ edir”

20.12.2017, 16:29
Jirinovski SSR-nin ən məşhur filmini tənqid etdi - “Sərxoşluğu təbliğ edir”

Rusiyalı qalmaqallı siyasətçi Vladimir Jirinovski SSRİ-nin ən məşhur filmini sərt tənqid edib.

Strateq.az bildirir ki, “Birinci kanal” 31 dekabr günü rejissor Eldar Ryazanovun çəkdiyi “Taleyin istehzası, yaxud həmişə təmizlikdə” (“Ирония судьбы, или с легким паром”) filmini bayram nümayişi siyahısından çıxarıb. V. Jirinovski bu qərarı alqışlayıb: “Biz bu qərarı dəstəkləyirik. Çox yaxşı ki, həmin filmi göstərməyəcəklər. Biz əvvələr də bu filmin nümayişinə qarşı olmuşuq. Çünki film sərxoşluğu təbliğ edir”.

“Birinci kanal” son 10 il ərzində ilk dəfədir ki, bayram günü Ryazanovun rejissoru olduğu filmi nümayiş etdirməyəcək. SSRİ-də bu film çox populyar olub və Yeni il bayramının əsas atributu kimi sayılırdı.

Şərhlər

hərbi pensiyaçı 2017-12-20 16:29:32

Film sərxoşluğu təbliğ etmir, əksinə sərxoşluğun insanın simasını necə dəyişdiyini göstərir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol