Menu

Azərbaycan neftinin qiyməti cüzi endi – 0,36 dollar

21.12.2017, 00:50
Azərbaycan neftinin qiyməti cüzi endi – 0,36 dollar

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,76 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,36 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 61,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 19-da 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol