Menu

Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib

28.12.2017, 23:55
Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib

 

1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.

AZƏRTAC “lemonade.fr” saytına istinadla bildirir ki, bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.

Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol