Menu

"Moodys" ilk dəfə "Petkim"ə "B1" reytinq verib, proqnoz stabildir

11.01.2018, 21:21
"Moodys" ilk dəfə "Petkim"ə "B1" reytinq verib, proqnoz stabildir

"Moody's" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq "Petkim Petrokimya Holding A.Ş."nin korporativ reytinqini və mümkün defolt reytinqini "B1" səviyyəsində təyin edib.

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir. "Şirkətin B1 reytinqi onun Türkiyədə dayanıqlı bazar mövqeyini və likvidliyin zəif olmasına baxmayaraq yüksək kredit göstəricilərini tarazlaşdırır", -deyə agentliyin vitse-prezidenti, baş analitik Rehan Əkbər qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol