Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.
Lent.az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.
Məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.
Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.
Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.
Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.




Şərhlər
cox maraqla gozleyirem olke vetendaslarinin ozlerini bu oliqarxlarin ne vaxt esya kimi alib satacaqlari gunun ne vaxt olacagini? merhum Heyder Eliyev kas bunlardan xeberi olaydi.....
Təm taraqlı toy qurmaqdansa nümunəvi ailə qurmaq lazımdır....Yenə də, gənclərimizi təbrik edirəm.Nümunəvi ailələrdən olsunlar.Ailələrinin kəndarına haram tikə buraxmasınlar..nə də əhmədzadələrin karrupsiya,rüşvət pullarının ümidinə qalmasınlar.
Yazıq Qarabağda şəhid olanlara.Ölkə gəlirləri imkanlı adamların arasında bölünüb.Onlar cəbhə xəttində xidmət də etmirlər.Onlar ölkənin şirəsini sorurlar.Pullarılnı xərcləməyə yer tapmırlar...
Əvvəla Allah gəncləri xoşbəxt eləsin.
Amma hər dəfə belə şeyləri oxuduqca yadıma H.Z.Tağıyev düşür.Bu millət üçün nələr elədi. Bu gün hamı tərəfindən sevilir və hamı ona rəhmət oxuyur. Təki sənin kimi adamlar indi də olaydı Hacı.
Bəlkə də sənin kimiləri indi də olsaydı belələrinə azca da olsa dərs olardı ki, bilmirəm hansı üsulla qazandığı o pulları heç olmasa bu millət üçün xərcləyərdi. Xaricilərə yox.Bəlkə də gələcəkdə kimlərsə sənə də rəhmət oxuyardı.Axı sən bu pulları bu vətəndə qazanırsan.
Iki gun evvelde ayda pekkana 200000$ veribler.kimin getirdiyide melumdu onnan niye yazmirlar hecne.ayriseckilikdi metbuatda
Möhtərəm cənab Prezident mən bilən 15000 manat maaş alır.Mehriban xanım da MM-də Fondda və beynəlxalq status baximindan hesab etmək olar ki bir o qədər rəsmi gəlir əldə edə bilər.Yəni deyək ki ayda təxminən 30000 man.Amma Prezidentin 2 balasinin toyunda Poladin səsindən başqa yadda qalan olmadı.Sadə toylar oldu. Əcaba Zaqatalanin İHB-sı lap elə Əhməd Əhmədzadə ilə birgə rəsmi nə qədər qazanirlar ki orta hesabla azı təkcə mügənnilərə manatla 1000000 qədər pul veriblər.Harınlıqdır....Başqa adı yoxdu.....
Bu toyun sahibi Qaxin qlavvraci Terlan Ahmedzadenin bu geder pulu hardandi? Cenab Prezident memurlara xabardarliq hamiya catmayib???
Mətbuata əsasən Murada yarım milyon verib(manat ya dol. bilmirəm). Görəsən bu yarıəm milyonu toplayana qədər nə qədər vergi və sığorta ödəyib? Xahiş edirəm M.Cabbarovun işçiləri cavab yazsın. Niyə Azərbaycanda deklarasiya tələb olunmur?. .... Düşüblər xalıqın üstünə canavar quzuya cuman kimi: Azərişıq cərimə yazır, Socar müəllim cərimə yazır, DYP cərimə yazır nə bilim nə zibil cərimə yazır və c. SOCARIN əhaliyə sırıdığı qazın təmizliyi ayrı söhbətdir.
YAXŞI KEYF ÇƏKMƏLİ ƏYYAMDIR. KEYFİNİZƏ BAXIN.
Türkiyədən ,Rusiyadan bir yığın düşük müğənni gəlib.Deyilənə görə bu düşüklərə milyondan artıq pul xərclənib.Yazılanlara görə bunlar xırda məmurdular,biri rayonda baş həkim,birisi də pentensiar xidmətdə şöbə müdiri.Görəsən hansı pullar hesabınadır bu gür təmtəraq,bəs ölkədə müharibə gedirdi. Bir -iki düşük müğənniyə milyona yaxın pul verirlər,amma bir şəhid ailəsinə ,bir müharibə əlilinə qəpik də verməzlər.Buna bir nəzarət olacaq görəsən..
Azərbaycan resbublikasinda ən maxinasiyali idarə məs su təsərufati komutəsidir əslində bu qurum sirf Kənd təsərufati nazirliyinin bir qurumudur lakin ƏHMƏD kişini qəhrəman ediblər ki o olmasa ölkədə əkinçilik ləğv olar necədə ğulməlidir deyilmi ...onlarin rayon idarə mudurləri 100 min dollarlig maşinda gəzir heç; bucədən pulu çixarib xərcləməklə məçquldurlar AGSAQQALİN saligina?
HÖRMƏTLİ G.M, DEYİRSİNİZ Kİ,EVİNİZİN KANDARINDAN HARAM TİKƏ BURAXMAYIN.ALLAHA VƏ BİLLAHA AND OLSUN Kİ, ATALARINDAN BETƏR OLACAQLAR. KİŞİ,İLAN YUMURTASINDAN İLAN BALASI ÇIXIR.BUNUN ADI TOY DEYİL,HOQQADIR.
yaxshi edirsiniz, dagidin bu olkeni. kasiblar cehbehde xidmet edecek
Qızın atası Bakıda yaşamır !!! Tərlan Əhmədzadə Qax rayonu Mərkəzi xəstəxanasının baş həkimidir. Cənab Prezidentin məmurlara sadə olmaq tapşırığini bəziləri belə icra edir.
Cenab mehriban xanım Eliyeva şexsen sizden xahiş edirem o icra başcısınıda ve ehmed ehmedzadenide işden qovun en azından harınıanmış memur balaları at oynadır kasıb balası veten ugrunda şehid olur o şehidlerin ruhuna and verirümki buları cezalandırın bütün bu profile yazı yazanlar sizdende eyni bu sözleri teleb kimi yazmagnızı en azında şehidlermizin ruhuna yazın davamı gelsin
XALƏDDİN İSGƏNDƏROV DA Almaniyadan QAYITDI VƏ… VƏ Dərhal ətrafını başına topladı!
...... olan yerdə oğluna
Hörmətli Qəmər xanım, Azərbaycanlılar ermənistandan deportasiya olanda Əhməd Əhmədzadə Şəmkir rayonunda rəhbər idi.O,bütün gücünü toplayıb məcburi köçkünləri ermənilərin köçüb getdiyi evlərdə məskunlaşmağa qoymurdu. erməni təəssübkeşi kimi köçkün soydaşlarımızın düşməninə çevrilmişdi.Məşhur kino-operator Seyidağa Mövsümov həmin günləri lentə alıb.İndi Siz də deyirsiniz ki,bu harınlar belə adamlardır.Ağır gündə düşmənin yanında olanlar paslı mismar kimidir.Nə qədər təmizləsən,yenə əllərin çirkaba bulaşacaq..
Beş yetimin qarnını doyurardınız kaş. 10 kasıb balasının etsin haqqını öderdiniz kaş
Rəhmətliyin oğlu, Əhmədzadənin nəvəsini .... bugün sabah toyudu səndə deyirsən işdən qovsun. Əl-əli yuyar əldə üzü.
Allah Ulu öndərə qəni-qəni rəhmət eləsin.O indi sağ olsaydı belə işlər baş verməzdi.Tərlan Əhmədzadə Qax rayon səhiyyə şöbəsinin müdürüdü.Maaşı da olsun lap 1000 manat.Toyu edən Əhməd Əhmədzadədir,Mübarız Əhmədzadədir.Hansı ki onlar qaxda daşı daş üstə qoymayıblar.Melorasiya idarəsi Respublikada ən korrupsiyalaşmış idarədir. Qax mərkəzi xəstəxanası da ki adı feldşer məntəqəsini xatırladır.Adi bint,baş ,yod xəstədən alırlar. Bunların heç bir şərhə ehtiyacı yoxdur. Allahın Qaxlılara rəhmi gəlsin.
Qardaş bir vaxt gələcək atalarının haram qazancına görə Xaricdə təhsil alıb qayıdan gənclər Xalqdan üzür diləyəcəklər.Zaman,mühit genlərə də təsir edir.Mən ona görə deyirəm ki,Xoşbəxt olmaq istəyən Məmur övladı atasının qazandığı Haram ÇÖRƏKDƏN imtina etməlidir.O Ki,qaldı ləyaqətsiz ailədə doğulanların bəzilərinə...onlar kasıbların da arasında az deyil.süpürgəçinin avtoş qızı,fəhlənin yaltaq övladı azdırmı..
Vahid qardaş lap düz yazıb cenab vice prizdent bu insanları cezalandırınki o biri memur ve iş adamlarna örnek olsun ....
Tahir bəy, 25 il öncəki çevrilişlər, 1978-də(İRİ) başlanmış dini-etnik müharibənin anti-sosialist "qol"u idi. Ona görə də iri kapital sahiblərinə, biznesledi və menlərə irad günahdır. Sadə xalqdan nə qazanacaqlar? Axı, Aqutin, Varum, Lavrov, Papa kimilərin dəstəyi onlara gərəkdir! Ən sadəsi-AXCəbhəsi heç DQarabağa tərəfə getmədi də. Bəyan etdi ki, lazım gələrsə, "Kəlbəcəri ATƏT gəlib qaytaracaq!"? Ətraf mühitdən hər insana nisbətən bərabər haqq tələbinə qarşı müharibə(əks inqlab) hələ kəskinləşməkdədir.
imanı olan öyünmez. insanlara sefa ve heyat veren Allahdir. imani olan ruh qarsisinda bas eymez. Secdeye layiq yalniz tek Alahdir.gorunur balalar babalara oxsamayiblar. xalalar dayilar emiler.....bu olkede 200 manat ayliq gelir elde ede bilmeyen ne qeder insan var? xalalarin xaricde qazandiqlari pullar Azerbaycana xeyir vermeyib yene de xarice gedib. sizin xosbextlik dileyiniz bu qebahetler qarşisinda cetin qebul ola
Bunlarin nəsl-nəcabətini gözümüzə soxmayın. Bəli indi aristokrat olublar, Allahın bəndələrinə nəsib etdiyi suyu od qiymətinə, özü də əvvəlcədən ödəmə şərti ilə satırlar. İndi milyonlar kimdədirsə onların kökünü axtaran yoxdur. Əlbəttə hər şey onlara yaraşır, ona görə ki belə məsləhətdir....
Allah gencler I xoshbext etsin.Nesli tehlil edin sonra netice cixarin.Birincisi Ehmedzadeler Hec vaxt imanlarini itiren deyiller.Qizin babalari Azerbaycanda minlerle insanlari heyata qaytaran hekimler olublar.Ondan danishin.Yoxsa ucundan tutub ucuzluga getmeyin.Belke o artistleri gelinin xalasi ve dayisi xaricde yashayir onlar hediyye edibler.Balalarim xoshbext olun.Babalarinizin ruhu qarshisinda bash eyirem.Butun gozellikler sizin olsun..Babalariniza vermeyen omru allah size versin.AMIN.
Əlbətdə ki, mənim toyum olmayacaq ki.Mən də cox fikirləçirəm ki, hardan oğurluq edib, belə toy edəm.Bəyənmədiyimiz SSSRİ dövrü belə krisalar qorxusundan deşiyindən çıxmazdılar.İndi isə YAP hakimiyyəti bunlara meydan açıbdır.Oğraha-oğra, dağıda-dağıt qorxma, arxanda YAP hakimiyyəti dayanıb.
ELDAR MAHMUDOVUN BU ADAMIN MILYONUNDAN NIYE XEBERI OLMAYIBDIR AXI?
Yazıq kasıb.Varlanmaq arzuları ilə heyatdan köçür.Məyər dövlətin,ya da hüquq mühafizə orqanların,Baş pokurorun bundan və buna bənzərlərdən xəbəri yoxdur?Əlbəttə var.
Bir toya 5000000 xərc çəkən belə oğlanlarda qeyrət olsaydı 1000 nəfərin pulunu cəmləşdirib xarici ölkələrdən nayomnik alıb Qarabağ məsələsini 3 günün içində həll etmək olardı.Hanı belələrində qeyrət?Baxırsan övladlarına aqızlarından süd iyi gəlir,ancaq elə həyat sürürlər ki,gəl görəsən.Onlar unudublar ki,qısa bir müddətdə qusacaqlar.