“Mən bu vandalizmin baş verməsini pisləyirəm, amma çox təssüf ki, belə bir vəziyyətin yaranması gözlənilən idi”. Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Adıgözəl Məmmədov Sabirabadda zorla saqqalı qırxılan vəhhabi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, vəziyyətin bu həddə çatacağını anlamaq elə də çətin deyildi:

“Əlbəttə mən də, bir Azərbaycan ziyalısı kimi Sabirabadda baş vermiş bu vandalizm hadisəsini pisləyirəm, amma çox təssüf ki, belə bir vəziyyətin yaranması gözlənilən idi. Bütün bu baş verənlərə son qoymaq üçün təcili dini strukturularımızda islahatlara başlamaq lazımdır. Çünki biz görürük ki, pulla insanları ələ alırlar. Əks halda Azərbaycana yad olan bu qədər zərərli dini cərəyanlar buralarda özünə yer tapmazdı. Biz yaxşı bilirik ki, bu cərəyanlar kimlərin xeyir-duası ilə və necə buralara yol tapıb. Sabirabad camaatına bildirmək istəyirəm ki, bu rayon qədim Cavad xanlığının, sonra isə Cavad qəzasının ərazilərində yaranıb. Cavad məkanı və şəhəri barədə məlumat hətta IX əsrdə məzdəkilər mənbələrində də göstərilir. Yeri gəlmişkən, tarixi ədalət naminə bu torpağın adı Mirzə Ələkbər Sabirə hörmətizlik olsa belə, özünə qaytarılmalıdır. Ta qədimdən buraların başında duranlar Peyğəmbər nəslinin nümayəndələri olub. Cavad xanlığının ilk xanı olmuş Mir Abdulla Ustaçlıdan başlayaraq, Mir Həsən Ustaçlıya qədər! Ona görə də bu insanların həssaslığı geneloji olaraq qandan qana keçir. Sovetin 70 il allahsızlıq dövrü bu insanların inamın qıra bilmədi. Yaxud da Sabirabadda Seyidlər həmişə ağırlıqları və ədalətlilikləri ilə seçiliblər. Canlı şahid kimi etiraf etməliyəm ki, burda seyidlərimiz məclisə girəndə tutduğu vəzifəsindən asılı olmayaraq, hamı bir nəfər kim ayağa durur.  Mən tam əminəm ki, belə bir saf ruhani insanlarımız Azərbaycanımızda yetərincə var. Bax bu cür insanlar belə halların ani olaraq qarşısın almaqda dövlətimiz qarşısında öz vətəndaşlıq borcların yerinə yetirməli və Allah qarşısında öz abidliklərin sübut etməlidirlər!”

Ülkər Musazadə