Menu

Çavuşoğlu və Lavrov arasında telefon söhbəti olub

27.01.2018, 23:45

lavrov cavusogluTürkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında şənbə günü telefon söhbəti olub.TASS xəbər verir ki, bu barədə bir qrup jurnalistə Türkiyə XİN-dəki mənbə məlumat verib.

Tərəflər 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər. Konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol