Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun prezident İlham Əliyevin keçirdiyi son müşavirədə yuxuya getdiyini əks etdirən fotolar yayılıb.
B.Səfərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür məqamlarla ona qarşı ucuz şou kampaniyası aparmaq doğru hərəkət deyil: “Tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm? Mən də insanam, yorula və yata bilərəm. Bundan ucuz şou yaratmaq doğru deyil”.
***
Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov yatıb.
Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.
Həmin an kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Unikal.org-a istinadla həmin görüntünü təqdim edirik.


Şərhlər
yazığı az danlayın ,guya o yatmayanlar doqquzunu dörd eliyəcəklər .
Bax belece iw gormeliyken yata-yata Qarabag elimzden getdi. Millet xalq qara cammat senin kimilere arxayin olurdu. Sizlerde yatdiniz ve bu milleti qara gune qoydunuz! Yat bala yat yatan vaxtindir!
o şəkildə üç məmur yatır niyə bu ağsaqqal kişidən əl çəkmirsiniz
Dogrudan da, "Milceyi fil eleyirler".. qeyri-ixtitari bir haldi de, qesden olmayib ki.. Shusha ve diger erazilerimiz illerdi dushmen elinde qalib ve o qeder diger vacib, (sosial-iqtisadi, menevi..) helli dondurulmush problemler var ki.. bunlarin qarshisinda hech gor bu movzudur?!
BU ADAM O QƏDƏR HARAM YEYİB ŞİŞİB Kİ,PREZİDENTİ DƏ GÖZÜ GÖRMÜR ARTIQ
torpaq qeyrəti vurub başına yubdur
O, da işğaldan öncə Şuşadan "uzaq Cənuba" getmişdi. Bəzi mənşəli keçmiş cəbhəçilər indi "Qərb"in adı ilə Qarabağı "ötürmək" çıxışları edirlər. Qərb cəhəti var, belə qurum isə yoxdur! Qarabağ heç Ermənistanın da ciddi marağında deyil! Hüquqi və coğrafi ərazisi kimi yalnız Azərbaycanın marağında olmalıdır!? Rəsmi Bakıda beynəlxalq hüquqi-siyasi və iqtisadi-məkanını doğru seçmədiyindən çox məsələni uzaq xaricin üzərinə atmaq vərdişi yaranıb.
Ölənləriniz rəhmətlik... Babam rəhmətlik deyərdi ki, ölümdən başqa heç nəyə gülməyin.. Bircə ölümə gülün ki, hamımızın başına gələcək...
Yuxu da ölüm kimi bir şeydir.. Hamının başına gəlir... İndi nə mənası var bu məsələni bu qədər şişirtməyin?! Kim durub desə ki, onu heç vaxt, heç yerdə yuxu tutmur və tutmayacaq, qoy birinci daşı o atsın mənə))
"Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm?". Posta yatan əsgər də belə cavab versə onda vay halımıza.....
MÜŞAVİRƏNİN MÖVZUSUNUN ŞUŞAYA AİDİYYATI OLMADIĞI ÜÇÜN BU ADAM YATLB.
Şuşa var ki,icra başçısı olsun? İnşaallah geri alınar,o zaman icra başçısı təyini problem olmaz.Adama yatmaqdan başqa nə qalır?
O qədər bekardır ki, oyaq olsa ondan nə olacaq7Qoy yatsn.Yatmışları razı deyiləm kimsə oyatsın.Belələri bir o deyil ki, Laçın,kəlbəcər,Zəngilan və s.Ölkədə zəlil gündə olan pensiyaçıların həyatının bir az normallaşdırılmasına büdcədə pul tapılmır.amma bu müftxorlara havayı maaş verilir.
Budurmu sosial ədalət !
Yatmayıb ...))))))))Təhlil eliyir.
Qoca kiwidir o qeder haram yeyib ki,hetta prezidentin muwaviresinde bu adam olke bawcisinin tapwiriq ve tovsuyelerini ewitmek iqtidarinda deyil.Bu adam prezident muwaviresinde yatib prezidenti ewide bilmirse muwavirede yatirsa demeli onun xalqi milleti ewide bileceyi obsurddur.Ne mecbur olubki beleleri orada oturur.Cavan enerwili kadrlar yoxmu.olkede ve xaricde on minlerle telebe oxuyub qurtarir hani onlar.Bu qoca pensioner sovet texeyyullu kadrlardan qurtarmaqin vaxtidir
Şəkilə baxıram heyrətlənirəm....O qədər mötəbər adamlar korrupsiya və rüşvətxorluqla mübarizə aparırlar.Nəticə isə yoxdur....
Bu adam başa düşmür ki, yatmaq üşün yataçaq yeri Prezidentin müşavirəsi deyil bunun üçün yataq otagi olur.Və belə bir adam mədəniyyətimizin beşiyi saydıgımiz ŞUŞAMİZA rəhbərlik edir..
O boyuklukde dahi Sabir deyirdise ki, "yatmiwlari razi deyilem kimse oyatsin" biz ne deye bilerk.....
Dostlar(werh yazanlar),sakitlewin lutfen,by kiwi sadece yatib,yaxwiki bawqa wey elemeyib.....
Bunun bəxti gətirib ki Şimalı Koreyada yaşamır Kim In öz doğma dayısıni yatmağa görə güllələdi
Dedelerimizin gozl misallari vardi- gozəl adamda gozəl xasiyyət olarmis. bu gozəllik bir yana okəmizin dilbər guşəsi olan Şuşanin erməni diğalarinin işxalinda olduğu İHB yatmasi hec təsadufu dəyil. Ən azi ona gorə ki belə bir hal butunlukdə Qarabağin İcmasinin yatmasi deməkdir. ....Allah Nizami Bəhmənova rəhmət eləsin.
Adam özündən asılı olmayaraq bəzən özünün və digərlərinin həyatını təhlükəyə qoyaraq sükan arxasında da yatır.
Neylesin rahat yerdi yatır .....
kef eyleyir...