Azərbaycanın İstanbuldakı keçmiş konsulu (2010-2015) Həsən Zeynalovun “Diplomatın həyat yolu” adlı kitabı çapdan çıxıb və orada “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun Türkiyədə “1 nömrəli terrorçu” kimi tanınan Fətullah Gülənlə cinayətkar əlaqələrinə dair maraqlı faktlar yer alır. Kitabdan seçmələri “Yeni Müsavat” qəzeti dərc edib.
Keçmiş konsul yazır: ““Camaata” yaxınlığı ilə bilinən və 1998-ci ildə Türkiyədə qurulmuş “Palmali” şirkətinə rəhbərlik edən Mübariz Mənsimov geniş imkanları sayəsində 2010-cu ilədək İstanbuldakı Baş Konsulluğu öz təsirində altında tutaraq, qanunsuz məqsədlərini həyata keçirirdi. Belə ki, şəxsi mənafeləri üçün Baş Konsulluqda istədiyi sənədləri saxtalaşdırır, eləcə də maliyyə fırıldaqlarını ört-basdır etmək üçün Baş Konsulluğun imkan və imtiyazlarından qanunsuz istifadə edirdi. Hətta həmin dövrlərdə rəsmiləşdirilmiş saxta sənədlər 2013-2016-cı illər Azərbaycanda və Türkiyədə məhkəmı mübahisələrinin obyektinə çevrilir (aşkar olunduğu 2014-2015-ci illərdə bu hallar barədə Prezident Administrasiyasına, XİN-ə və hüquq-mühafizə orqanlarına məlumat verilib).

Həsən Zeynalov yazır ki, “qənaətbəxş” xidmətlərinə görə Baş Konsulluğun o dövrkü və keçmiş əməkdaşları daşınar və daşınmaz əmlakla, şirkətdə yüksək vəzifələrlə mükafatlandırılırdı. 2010-cu ilin sonlarından etibarən Baş Konsulluğa təsir imkanlarının keçərli olmadığını görən Mübariz Mənsimov 2011-ci ildə təsis olunan “SOCAR Türkey” şirkəti ilə əməkdaşlığı gücləndirir. Bunun üçün isə kifayət qədər münbit şərait olur.
“Belə ki, “SOCAR Türkey”in idarəediciləri o zamanlar Türkiyə hökumətində mühüm vəzifələr tutmuş FETÖ-çülərin səyləri ilə əsasən Türkiyə və Azərbaycanda fəaliyyət göstərən “Camaat”dan formalaşdırılır. Belə ki, şirkətin başına Türkiyədən Kenan Yavuz, 1-ci müavin vəzifəsinə Azərbaycandan Samir Kərimov, eləcə də bir çox aparıcı vəzifələrə digər əqidədaşları gətirilir. 2016-cı ildə ifşa olunan bu şəbəkənin üzvləri ARDNŞ rəhbərliyi tərəfindən ““SOCAR Türkey”dən uzaqlaşdırılır»-Həsən Zeynalov kitabında yazır.
Keçmiş konsulun bildirdiyinə görə “Ərəb baharı”nın Yaxın Şərqə qədər gəlib çıxdığı 2011-ci ildə Elnur Aslanov və Fərhad Məmmədov “Palmali” şirkətinin maddi dəstəyi və Azərbaycanın Ankaradakı səfirliyinin iştirakı ilə“Caucasus İnternational” adlı jurnalın Türkiyədə nəşrini həyata keçirirlər. Jurnalın fəaliyyətinə nəzarət edən əsas fiqur isə Elnur Aslanov idi.

“Caucasus İnternational” jurnalı ətrafındakı proseslər əslində Azərbaycanın mədəni, sosial və siyasi həyatına daxil olmağa çalışan bu insanların fəaliyyətinin ciddi və həlledici məqamlarından idi. Jurnalın nəşri və satışı üçün məsul şəxs, eləcə də məsul katibi kimi Ural Aküzüm təyin edilir. (Sonradan məlum olur ki, bu şəxs “Soros” kurslarında təhsil alıb.) Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə jurnalın məsləhət şurasının üzvü təyin edilir»-kitabda deyilir.
Virtualaz.org saytı əvvəllər Mənsimovun Gülən şəbəkəsi ilə işbirliyinə dair bir neçə dəfə araşdırmalar dərc edib. Məsələn, bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun "kassiri" hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətləri barədə Türkiyə mətbuatında danışmışdı.



Şərhlər
Fetonun olkemizde terror cevrilis planlarina qosulan adamlarini ifsa edib dovlete xeyanetde cezalandirmaq lazimdir.Onlarin Turkiyyede planlari bas tutsaydi olkemizde de qan tokub hakimiyyete gelecekdiler.Torpaqlarimizin 50 faizini de ermenilere bagislayacaqdilar.Turkiyye haqq edir onlarin hamisini hebs edir, terrorculari qirir.Amma bizde onlar hele de kef edirler.
Serh yazanlarin bezilerine demek isteyirem hec ne gorunduyu kimi deyil.Meselen narkobiranlarin hamisi sirket qurub cirkli pullarla xeyriyye isleri gorur.Onda o temiz is adami olur, halal pul qazanir demek deyil.
bunu iddia eden şexsin sifətinə baxmaq bəs edir ki bu meqaleni oxumuyasan! bəsdirin də birdənə halal pul qazanan var mindənə haramzadə tokulub ustune onu lekeleye
Mənə elə gəlir ki,=Baharın 17 anı= filminə hamınız baxmısınız.
İnanın ki,=ŞİTİRLİS=in simasında belə tipli şpionlar Azərbaycan məkanımızda doludur.Onların kökü kəsilməsə ALLAH eləməmiş haçansa bizlərə də fəlakət gələ bilər.......Unutmaq lazım deyil ki,xarici ölkələrdə yaşayan şəxslərin bir hisəsi xarıcı kəşfiyyat idarəsi=nə işləyirlər.Bu dünya üzrə sübuta yetirilən bir faktdır.
En dehşetlisi o du ki Mübariz Mensimov ne qeder Azerbaycana xeyirxah iş görmeyi çoxaldırsa o qeder onun arxası ile yazırlar.İndi debe minib kimi geldi bu fetoya qoşmaq .O ki qaldı buna, bu kişi özü Qarsda konsul olanda onlarla dostluq edib,özüne gün ağlayıb bu haqqda ensiklopediya yazmaq olar.
behtan atma agsaqqal kisisen ,mensimov ve qeyri sahibkarlar xaricde olsalarda azerbaycana destekdiler.besdir reqionculug edib xalqi parcaladiniz.o vaxti gerurdun neqsanlarini niye acmirdin.
işiniz olmasın. Şər atmayın təmiz adamlara. Hər nə edib yaxşı edib, onun kimi elimizin tək tük qeyrətli oğlu var. Nə istəyirsiniz. Allah özü Mübarizimizi qorusun. Allahın altında onun kimi xalqını sevən beş altı adamımız olaydı.
Cenab Zeynalov siz gostarirsiniz konsul isladiyiz dovrda Gulenin xeyrina bir cox senedlar saxtalasdirilib.AZERBAYCAN dovlatini temsil edan konsul saxtakarliqa goz yumubsa, cinayetkar emelleri ort basdir edibsa en boyuk
cinayeti cenab konsul siz AZERBAYCANa, dovlatina ve onun xalqina etmissiniz.Eker yazilanlar heqiqetdirsa siz AZERBAYCAN dovlatina hesab vermalisiniz .Mensimov bareda dediyiniz yalan siza hormat getirmaz o dovlatina,milletina, hakimiyyetina butov AZERBAYCANa sadiq AZERBAYCANLIDIR
Nə istəyirsiniz bu yetimdən!?... ....
M.Məsimovun Azərbaycanda tərəfdarları çoxdur.Putinin dostu,hörmətli İlham Rəhimov da bu şəbəkəyə qoşulmaq üçün Elnur Aslanovun anası Rəbiyyətlə izdivaca girmişdi.Nə isə.İpi dartdıqca çox şeylər üzə çıxır.Fetonun rus hökuməti ilə də ilişkiləri var.Güman ki həmin dəstənin üzvlərinin adını da tezliklə eşidəcəyik.Terrorçu fetoçuların İraq ərazisində ələ keçirdiyi neft quyuları Türkiyənin nəzarətinə keçən kimi Mübariz müflisləşdi...
Cənab Zeynalov belə çıxır ki, əgər o, orada istədiyi sənədləri saxtalaşdırbdırsa, onda Siz Mənsimovun əlində bir peşka olmusunuz. Sonra sən hara baxırdın ki, gülənçi gəlib istədiyi sənədi orada saxtalaşdıra bilirdi. Demək belə çıxır ki, pul müqabilində sən gülənçi də olarsan, ağlayançıda!! Onu da yadında saxla ki, Azərbaycanda kisənin üstündə oturub onu dağıdanların 1-ci və 2-ci eşalonu hamısı gülənçidirlər!!
olkende bu qeder ruwvetxorluq, huquqsuzluq ,haqsizliq baw veriyi halda esl vetenperver insan Mubariz Mensimovdan istediyiniz nedir goresen?
Gulənçilər bizdə coxdu Daymler adli zapcast şırkətinin sahibi Şəki şəhərinnən .. dost tanişını məgbur eləyirdi suriya əfqanisdana pul köcürsünlər namaz qılır milləti gəlb edir 10ildən coxdu pul köcürdür.