Menu

"Yaradıcı insanlar İlham Əliyevin namizədliyini dəstəkləyir" - ANAR

09.02.2018, 11:53
"Yaradıcı insanlar İlham Əliyevin namizədliyini dəstəkləyir" - ANAR

Prezident İlham Əliyev Azərbaycanda yaradıcılığın inkişafına böyük dəstək verir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O qeyd edib ki, İlham Əliyev prezidentliyi dövründə ölkədə sənətə, ədəbiyyata böyük önəm verib:

"Heç bir ölkədə sənətə, yaradıcılığa bu cür diqqət və qayğı yoxdur. Azərbaycan Prezidenti daim yaradıcı insanları diqqətdə saxlayıb, onların problemlərinin həllinə çalışıb. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab Prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq".

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar yekdilliklə qəbul edilib.

Şərhlər

Mantıklı 2018-02-09 11:53:04

Anar bey neslindendi (Refibeyliler), atasının adı Resuldur, resul elçi demekdir, mentiqle o, elçibeyçi olmalıdır. P.S. Şexsen men onunla Zaur arasında bir ferq görmürem, bu yaşında 5 mertebeli evin 6. Mertebesine baxa- baxa qlıb

Səməd 2018-02-09 11:53:04

Anar, Anar! ............Yaxşıdı da, mənim evim qıraqdadır.

oxucu 2018-02-09 11:53:04

"Yaxşı padşahın nağılı"nı kim yazıb?

miri 2018-02-09 11:53:04

Anar müəllim yaradıcılıqla məşğul olanda "Yaxşı padşahın nağılın "i onun şah əsərlərindən biri idi. Bürokratiya ilə məşğul olandan sonrsisə "şah işi" həmən əsərdə yaradilmayan "yaradıcı insanlarin təmsilçisi" obrazını yaratmaq olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol