Menu

Bakıda qatı duman var - Aeroportda durum necədir?

16.02.2018, 17:43
Bakıda qatı duman var - Aeroportda durum necədir?

Hazırda Bakıda müşahidə olunan sıx duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Trend-ə hava limanından məlumat verilib.

Məlumatda qeyd olunur ki, bütün reyslər cədvələ uyğun həyata keçirilir: “Reyslərin qəbulunda və yola salınmasında heç bir ləngimə yoxdur. Aeroport normal rejimdə işini davam etdirir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol