Menu

Borca görə vergi ödəyicisinin 20 min manatlıq əmlakı hərraca çıxarılıb

21.02.2018, 09:18
Borca görə vergi ödəyicisinin 20 min manatlıq əmlakı hərraca çıxarılıb

Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus iki əmlakı hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi “Bakı Sement Təmir” Kollektov Müəssisəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ ünvanında yerləşən ofis və anbara (bir mərtəbəli daş bina) 15 min manat və anbara (9 mərtəbəli daş bina) 5000 manat qiymət qoyulub.

Binaların ilkin hərrac qiyməti də 15 min manat və 5000 manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 750 manat və 250 manat beh verməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol