Qadir İBRAHİMLİ
Avropadan sığınacaq almış bir qrup artıq bütün qırmızı xətləri keçdi. Bu dəfə ermənilərə sevgilərini izhar etməyə başlayıblar. İddia edirlər ki, ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrinə toxunmayıb…
Xocalı soyqırımının ildönümü ərəfəsində ermənilərə bundan böyük hədiyyə ola bilməzdi. Bu ərəfədə Azərbaycanın diaspor təşkilatları soyqırımın tanıdılması üçün müyyən tədbirlər keçirir, yazılar dərc etdirir, ermənilər isə müdafiə olunur. Bu dəfə saxta siyasi mühacilərin ötürməsi sayəsində daha yaxşı müdafiə olundular, videonu paylaşıb, ermənilərin vandal olmadığını isbatlamağa çalışdılar.
Niyə saxta siyasi mühacir? Çünki onların Azərbaycanda siyasətlə məşğul olması və hökumətin təqiblərinə məruz qalması haqda heç bir məlumat yoxdur. Böyük ehtimalla, saxta yollarla müxalifət partiyalarından birinin vəsiqəsini əldə edib və Avropada təminatlı həyata sahib olublar. Hərtərəfli təminat altına alındıqdan sonra isə hökuməti söyməklə “müxalifətçi” imici qazanmağa başlayıblar. Hökuməti tənqid-filan etmirlər, sadəcə, küçə sözləri ilə söyürlər. Heç toplantıda, hansısa siyasi tədbirdə də yox, tualetdə söyüb, videonu çəkib paylaşaraq "qəhrəmana" çevriliblər. Konkret desək, tualet müxalifəti!
Çox təəssüf ki, Azərbaycanda da tərəfdarları tapılıb, dəstək verir, alqışlayırlar. O qədər qazlanıblar ki, artıq özlərini müxalifətin lideri kimi aparırlar. Sanki gündəmi onlar müəyyən edir. O həddə ki, ailəlikcə müsavatçı olan gənc xanıma “tərbiyəsiz mənə ağıl öyrədir, mən burada mübarizə aparanda, sen orada selfi çəkdirirdin, senin işin mənim çıxışlarımı yaymaqdır” deyə, dərs keçirlər. Xanımın “tərbiyəsizliyi” isə adamı etik qaydalara dəvət etməkdən ibarət olub. Bir azdan müxalifət partiyalarının sədrlərini də söyəcəklər. Buna tam əminəm. Çünki o qafada söyüşdən başqa heç nə yoxdur.
Erməni məsələsinə qayıdaq. Bu artıq daha ciddi məsələdir. Qərbin erməni lobbisinə yaxın çevrələri ermənilərə münasibəti dəyişmək üçün bəzi QHT və ictimai fəallarla təmaslar qurub. Təbii ki, Ermənistanı xəritədən silmək qüdrətimiz yoxdur. İşğal edilmiş ərazilərimiz azad edildikdən sonra ermənilərlə münasibətlər normallaşa bilər. Ancaq işğal faktına son qoyulmayınca buna getmək - şərəfsizlikdir! Şəxsən mən, Qarabağ müharibəsinin iştirakçısı olaraq, bunu təhqir hesab edirəm.
Məsələnin ağrılı tərəfi budur ki, Dağlıq Qarabağdan başqa 11 rayonumuz işğal olunub, 1 milyon insan tarixi torpaqlarından qovulub, didərgin həyatı yaşayıb, ancaq indiyə kimi heç bir erməni ziyalısı, yazıçısı, müxalifətçisi, mühaciri Azərbaycan xalqından üzr istəməyib. Ancaq bizim xalq yazıçısından tutmuş, mühacilərimizə qədər, xeyli məxluq ermənilərə sevgisini izhar etməklə məşğuldur.
Ermənilər Azərbaycanın tarixi abidələrini qoruyacaqdılarsa, niyə işğal edirdilər? 2 hədəf var – özününküləşdirmək, bu mümkün olmayanda isə məhv etmək! Bunu anlamaq çoxmu çətindir? Yoxsa erməni lobbisinin təsiri altında olan təşkilatlardan alınan qrantlar bu hissi də tualet müxalifətinə unutdurub?
Tualet müxalifəti o qədər harınlayıb ki, artıq Azərbaycanda yaşayan müxalifətə mübarizə dərsi keçir. Paradoks odur ki, 170 siyasi məhbusun olduğunu deyən müxalifətin bir qismi onlara haqq qazandırır. 170 siyasi məhbus, bildiyim qədər, MDB-nin heç bir ölkəsində yoxdur. Bu yaxınlarda YAP-ın rəhbərlərindən olan Siyavuş Novruzov siyasi məhbusların mövcudluğunu və buna görə Qərbin təzyiqinə məruz qalındığını etiraf etdi. Bir elə fədəkar insanları olan müxalifətin tualet müxalifətinin dəstəyinə nə ehtiyacı var?
Təbii ki, hakimiyyətin tualet müxalifətinin qohumlarını təqib etməsini qətiyyətlə pisləyirəm və buna haqq qazandırmıram. Ancaq tualet müxalifətini də qara yara hesab edirəm.
Müxalifət bu seçkini də artıq uduzub. Protest elektoratın namizədləri seçkiyə qatılmadığından hakimiyyət namizədinə problem yaradacaq namizəd yoxdur. Seçki qanunvericliyinə görə, 100 nəfər səsverməyə getsə və bunun da 51-i hakimiyyət namizədinə səs versə, o seçkinin qalibi olacaq. Nəzərə alsaq ki, istənilən hakimiyyətin 20-25 faiz sabit elektoratı olur, onda nəticələri hesablamaq çətin deyil. İndi müxalifətin əsas məqsədi qüvvələri qorumaq, tərəfdarlarının əlavə təqib olunmasına imkan verməmək və növbəti mərhələyə hazırlaşmaqdır.
P.S. Seçkidə iştirak etməyəcəyəm, heç bir namizədi də dəstəkləməyəcəyəm.

Şərhlər
Miri -ye ."Tualet yazari" yapışdı ha.Kreativ ideyadır xoşum gəldi.
Qadir ağlın varsa araşdır-Bu 26-ildə bunlar hansı problemi həll ediblər.Bir rayon da olsa geri qaytardı,rüşvəti "çiçəkləndirdilər", təhsili,səhiyyəni məhv etdilər,polis zorakılığı yaratdılar,seçki oğuluğu,siyasi tustaqlar, təlxəklər və işsizlik ordusu yaratdılar,cəmiyyətdə varlı-kasıb diskribinasiyası tuğyan edir, saymaqla qurtarmaq olmur. Artıq biçaq sumuyə dirənib.
Bu ölkədə haqq-ədaləti,konstitusiya və digər hüqularını tələb edən hər kəs ünsür, seçkiləri saxtalaşdıranlar və yaltaqlar isə vətənpərvər sayılır. Ona görə də ünsürlər tualetlərə üz tutub öz hüquqlarını orada axtarırlar.Burada qəribə nə var ki,.....
A bey,bir kewfde men elemek isteyirem,( elebil biraz yekexanaliq oldu) "tualet yazari", a bey alinir? Yoxsa dilimi ses cixmayan yere qoyum. Meslehetinizi gozleyirem.
Kim necə bacarır elə öz mübarizəsini aparır. Kimsə də bacarmır sakit oturur. Ölkəni rüşvətxor korrupsioner məmurlar zəbt ediblər. Ölkənin xalqın milli sərvəti misli görünməmiş dəhşətli surətdə qarət olunur. Ermənidən 26 ildə 1 metr torpaq ala bilməyiblər. Tərifləniləsi heç nə yoxdur. Kimsə də də tərifləyir özü bilər. Neçə illərdi yüz milyardlarla gəliri olan ölkədə bu görülən işləri hamı görə bilər. Bu işlər sadəcə pul xərcləmək, pul silməkdir.
Menim sohbetim t.edalet muellimledi,muellifle hec bir polemikam yoxdur,muellim neye qadirdise qoyub ortaya,edalet sen Qarabag doyuwlwrinde iwtirak elemisen ,Odin alovun icinden kecmisen,yeqin ki, "tualetle" "ayaqyolunun" ferqini bilirsen,yox eyer bilmirsense qisaca bir arayiw verim sene"tualet"menzilde olur,"ayaqyolu"ise evde, eyni funksiyani yerine yetirirlr,sadece mesafe ferqleri var.
Illerdi guya muxalifetdesen?! Ne etdin ki? Bu gun seckiden danisirsan, kimise destekleyirsen, Xalqin menafeyinden cixis eden genc feallari tahqir edirsen. Sene ne qeder pul boyun olublar, hesablamamisan, islerine catacaq?????? Azerbaycanda Secki olub indiye qeder? Esla yox! Tarixe muraciet ele! Nikita Xrusovu bu cur etdiyini ortaya qoyaraq hakimiyyetden uzaqlasdirdilar. Tarixcisen deyesen, Arasdir! ..
Pərakəndə fikirlərdən ibarət bir yazı, təkcə bir kəşf (???!!!): "tualet müxalifəti". Ay müəllif qardaş, hər yerdə siyasətin əsas yonətməni iqtidarda olanlardır. Müxalifət olsa olsa korrektə təsirini edə bilər. Bizdə isə 25 il öz dediklərindən bir anda geri çəkilməyən yapanlar və yapdiranlara-yapcilara nə müxalif, nə korrektə? Elə adını burda çəkdiyiniz Siyavuş haqda nələr deyilməyib,nələr yazılmayıb? Nə dəyişib? Heçnə və heç vaxtda dəyişməyəcək! Çünki bəzi ... faydalılıq əmsalını artırmaq mümkünsüzlüyü var. Bu zaman belə ... çıxdaş olunmalıdır. Siz isə yazının sonunda bunlarla "seçki oyunu"nda iştiraka cagirirsiz. Gulməli deyilmi? Bəlkə elə çağırışı öz üzərinizə yönəldib, özünüz icra edəsiniz?
ekebala,niye esebilewirsen,herkes oz bawinin mehsulu ile yazir.
Ай гатых Миллатина бах ачынан грылырлар.
Cənab Q.İbrahimli, Siz "tualet müxalifətinin" azəri türkü olduğunu nədən bildiniz? Bəlkə, onlar əslində türkləri uydurma tarixlərinə düşmən seçmiş Azərbaycan pasportlu daşnaqlardır? Rusiyada Regnum.ia-nin Stanislavları isə yazırlar ki, guya iki əsr öncə (mövcud olmayan) Ermənistanı və Dağlıq Qarabağı Azərbaycan işğal etmişdir? Xalq demokratiyasının 100 illiyinə Azadlıq meydanı da xalqın üzünə açılacaq.
Doğrudanda xalq bu rejimə müxakifətdədır. Kim bu rejimə səs verirsə və bu müəllif kimi müdafiə edirsə, o DQ və işğal olunmuş rayonların daima erməni nəzarətində olacağına səs verir,ölkəni dağıdanlara səs verir, intiharlar pandemiyasına səs verir, qəbiləbazlığa və tayfabazlığa səs verir. Baxın bu ğün onilliklərdir vəzifələri kimi qamarlayıb, naxçıvanlılar, DİASPORA və bəzi etnik azlıqlar. Səs bunlarlardan yaz ay "qoçaq". Cəsarətin çatmaz, get işinlə məşğul ol!
Danismagi bacarmirsan susmagi bâcar
İqtidarda olan bəzi məmurların iyrənc siyasətinin ,eybəcər nəticələri Avropada və digər xarici ölkələrdə ``tualet müxalifəti`` yaradır.Və getdikcə mentalitetimizi avropalılara mənfi məqamlarla ``reklam`` edirlər. səbəbkarı, Bakıda vəziəsinin öhdəsindən gələ bilməyənlər ,Kanstitiutsiyaya qarşı çıxan..ölkədə daima gərginliyin olmasından yararlanan,o şəkildəkinə xəyanət edən yaltaqlar sürüsüdür.
Məncə,"tualet" yox,"ayaqyolu müxalifəti" yazsaydınız,daha yaxşı səslənərdi.Bu adamlar "xalq diplomatçıları" kimi erməniyə əl uzadırlarsa,onların milli kökəni söz konusu olmalı,hansı zatdan törəndikləri araşdırılmalıdır.Əlbəttə,müxalifətçilər arasında,üzr istəyirəm, "anasını azdırıb,oral seks üçün adam arayanlar" da var.Onlar üçün nə müxalifət,nə də iqtidar var.Onlar yala xidmət edən nankorlardır.Onlar rusiyaya casusluq edən tör-töküntülər qədər əclafdırlar!
Yazirsiniz ki,Ermenistani xeriteden silmek qudretimiz yoxdur.Siyasi rehberlik ise hedefimizin yerevani almaq oldugunu deyir.Gorunur siz bu strateyi hedefe qarshisiniz.Yoxsa, sizin ermenperest movqeyiniz var.Sechki bitmemish, muxalifeti novbeti merheleye devet edirsiniz.Ne danishdiginizdan neft pullarinin iyi gelir.Allah xeyrini versin.