Menu

BAKIDA NARKOLOJİ DİSPANSERDƏ DƏHŞƏTLI YANGIN! - 25 nəfər həyatını itirdi! + VİDEO

02.03.2018, 12:55
BAKIDA NARKOLOJİ DİSPANSERDƏ DƏHŞƏTLI YANGIN! -  25 nəfər həyatını itirdi! + VİDEO

2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda dəhşətli yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08.30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub.

APA-nın məlumatına görə, yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub, istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun (012)441-59-77, Daxili İşlər Nazirliyinin (012)590-93-31, Fövqəladə Hallar Nazirliyinin (012)512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.

Yanğın söndürüləndən az sonra Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib. Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, prezidentlə yanaşı hadisə yerində daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, baş prokurorun müavini Rüstəm Usubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da olublar.

Prezident İlham Əliyev yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Prezident  Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirin müavini

Komissiyanın üzvləri:

Daxili işlər naziri

Fövqəladə hallar naziri

Baş prokuror

Səhiyyə naziri

Maliyyə naziri

Əmək və əhalinin sosial müdafiəsi naziri

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, habelə görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.

****

Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: "2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib".

****

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib. Bu barədə “Report”un ərazidə olan əməkdaşı məlumat verir.

* * *

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib. Bu barədə “Report”a Birlikdəki mənbə məlumat verib.  Ancaq məlumata görə, ölənlərin sayı 30-dan çoxdu.

* * *

"Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib". Bunu "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoliqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov , 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olub: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların hər 3-də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb".

* * *

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. APA-nın xəbərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadi

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

* * *

Respublika Narkoloji Mərkəzində baş verən yanğında zəhərlənən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

“Report”un məlumatına görə, yaralılardan biri isə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölənlərin sayı və kimliyi isə hələlik dəqiqləşməyib.

FHN-in yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. Əlavə məlumat veriləcək.

***

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.

“Report” xəbər verir ki, hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.

Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

[gallery size="full" ids="398890,398891,398892,398893,398894,398895"]

Şərhlər

emil 2018-03-02 12:55:53

30-nefer insan öz häyatini itiribler. Amma AzTv-dä toy bayramdir vur cartlasin. Xarabanin bir yiyesi yoxdur ki AzTv desin ki besdirin bu gädär milletin esebleri ilä oynamayin

emil 2018-03-02 12:55:53

fövqelade hallar naziri yoxdu ki bizde.,,, fövqelade PULLAR naziri var.

Mirzoyev .E.N oglu 2018-03-02 12:55:53

FHN-liyi , DIN-liyi vä Sähiyyä nazirliyi hara baxir? Bu gurumlar nä islä mäsguldur? Yeyib icib kef cekirler

x 2018-03-02 12:55:53

Sadrce ureyi olan ucun hadisedi analar balalar gozu yasli qalanlar ve nehayet ki insanligin faciesi ACGOZLER YEYİN ZEHERLENİN ALLAH QARSİSİNDA CAVAB VERECEYİNİZİ UNUTMAYİN

t.ədalət 2018-03-02 12:55:53

Ola da bilər ki,narkoloji mərkəzin binasına gözü düşənlər tələsiblər.Hansısa mağara təfəkkürlü sahibkar yanğının bu qədər dəhşətli olacağını ağlına gətirməyib.Sahibkarlar arasında,əlbəttə, "fırıldaq akademikləri"də var.Onlar nə istəsən yaparlar..

Mehman 2018-03-02 12:55:53

Bu rusyanın işidi başqası ede bilmez ruslar azerbaycanda ne istese onuda eder

G.M 2018-03-02 12:55:53

Son dövrlərdə Bakıda və bölgələrdə ölümlə nəticələnən yanğınların hamısı ``qısa qapanma`` adlı yanğınlardır.Hansıkı əsil cavabdehlərin adları çəkilmir.Standartlara cavab verməyən ,keyfiyətsiz elektrik kabellərinin istehsalçıları araşdırmalarda kənarda qalırlar.Çünki,istintaqı təcrübəsiz,savadsız müstəntiqlər aparırlar.Naqlin en kəsikləri ilə üstündə yazılan ölçülər zərrə qədər uyğun deyil.Məhz bu səbəbdən naqil tez isinir və alışır.

t.ədalət 2018-03-02 12:55:53

Baş verən yanğınların hamısı faciəvi sonluqla bitir.Belə çıxır ki,FHN-də yanğınla bağlı tədbirlər görülmür.Bəs, bu qədər dövlət FHN-ə lazımi texnikalar və digər zəruri ehtiyac avadanlıqları alır,əgər düzgün istifadə edilmirsə nəyə lazım?Məgər taxta konstruksiyalı binada xəstəxana yerləşdirərlər?Özəl klinikalar açanlardan milyonlarla rüşvət alan səhiyyə nazirliyi,nə əcəb bu binanın yararsız olduğunu görməyib?Rüşvət qoxusu gəlməyən yerlərə,görünür, diqqət yetirmirlər..

G.M 2018-03-02 12:55:53

Son dövrlərdə Bakıda və bölgələrdə ölümlə nəticələnən yanğınların hamısı ``qısa qapanma`` adlı yanğınlardır.Hansıkı əsil cavabdehlərin adları çəkilmir.Standartlara cavab verməyən ,keyfiyətsiz elektrik kabellərinin istehsalçıları araşdırmalarda kənarda qalırlar.Çünki,istintaqı təcrübəsiz,savadsız müstəntiqlər aparırlar.Naqlin en kəsikləri ilə üstündə yazılan ölçülər zərrə qədər uyğun deyil.Məhz bu səbəbdən naqil tez isinir və alışır.

николай 2018-03-02 12:55:53

Amerika deyəndə ki, Azərbaycanda həkimə getməyin, dərman almayın, onsuz da öləcəksiniz, inanmadınız. Bu da son! Çalışın evinizdə öləsiniz, belə rahat olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol