«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə günü dövri brifinqdə Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Xua Çunin jurnalistlərin sualını cavablandırarkən bəyan edib ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin ən yeni Rusiya silahları yaradılması barədəki bəyanatı fonunda, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya ilə birlikdə (diqqət: təkbaşına yox ha! - red.) dünyada sülhü və sabitliyi təmin etməlidir.
«Vladimir Putin bunu bəyan etdi ki, Rusiya ən yeni silahların yaradılması üzərində işləyir. Biz həm də ABŞ-da buna necə reaksiya verdiklərini izlədik. Hesab edirik ki, bütün dünyada sülhü və sabitliyi qorumaq, dövran əhəmiyyətli mühüm mövzudur. Strateji təhlükəsizlik bütün maraqlı tərəflərin birgə iştirakı əsasında təmin olunmalıdır» - deyə, Çinli diplomat bildirib.
Federal Məclisə çağırışında Rusiya Prezidenti bəyan edib ki, ölkəsində ən yeni strateji silahların yaradılması və sınaqdan keçirilməsi üzərində işlər aparılır. Bu, ABŞ-ın raket əleyhinə müdafiə Müqaviləsindən birtərəfli qaydada çıxmasına və praktiki olaraq, bu sistemləri həm ABŞ ərazisində, həm də özünün milli sərhədlərindən kənarda yerləşdirməsinə bir cavabdır.
Pentaqonun rəsmi nümayəndəsi Dana Kayt da öz növbəsində, brifinqdə bəyan edib ki, ABŞ Putinin yeni raket silahları barədəki bəyanatından təəccüblənmir və «təhlükələri dəf etməyə hazırdır».
Beləliklə, açıq-aşkar görünür ki, ABŞ və Rusiya arasında xeyli müddətdir ki, davam edən «müharibə ritorikası» («nüvə ritorikası») artıq yeni və daha təhlükəli fazaya keçib. O da hiss olunur ki, dünyanın digər güclü dövlətləri (Çin, Şimali Koreya, Türkiyə, İran və s.) bu məsələdə Rusiyanın tərəfindədirlər və ABŞ-n təkbahına hökmranlığına qarşı çıxırlar.


Şərhlər
Xua bu dansiqi ile,mene bizim sou sahesinde tamadalarin savasla(nemerle) bir-birini teriflemesine oxsadi..,