Menu

“Çatı aday” pulsuzluqdan gileyləndi

10.07.2014, 15:08
“Çatı aday” pulsuzluqdan gileyləndi

İhsanoğlu: "Türkiyə müxalifətinin seçkiqabağı kompaniya aparmağa maddi imkanı yoxdur"

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu ölkə müxalifətinin seçkiqabağı kampaniya aparmağa maddi imkanı olmadığını bildirib.

"Trend"-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Məlumata əsasən, İhsanoğlu onu da bildirib ki, rəqibləri (Baş nazir Rəcəb Tayyib Ərdoğan) əldə olan bütün imkanlardan istifadə edərək seçkiqabağı kampaniyaya başlayıb.

Məlumat üçün qeyd edək ki, İhsanoğlu dünən özünə seçkiqabağı şüar olaraq "Ekmek için Ekmələddin" şüarını seçib.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol