Menu

Türkiyə qırıcıları Əsəd qüvvələrini bombaladı: 11 ölü

02.03.2018, 21:02
Türkiyə qırıcıları Əsəd qüvvələrini bombaladı: 11 ölü

Türkiyə bombardmançılarının Afrində YPG mövqelərinə aviazərbələr endirməsi nəticəsində Bəşər Əsəd yönümlü qüvvələr tərəfində vuruşan 11 döyüşçü ölüb.Axar.az xəbər verir ki, Cəma kəndinin bombalanması zamanı Əsədə sadiq 11 döyüşçü ilə yanaşı, 3 terrorçu da məhv edilib.

Ümumilikdə isə 14 nəfərin məhv edildiyi bildirilib.

Qeyd edək ki, Əsəd tərəfdarları “Xalq Qüvvələri” adı altında 11 gün əvvəl Afrinə daxil olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol